XƏBƏRLƏR

Qazaxıstanda Təhsil

Hökumətlərarası Təqaüd Proqramı (HTP)- 2023/2024

Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 3 aprel 2017-ci il tarixində imzalanmış müqaviləyə uyğun olaraq, Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi 2023/2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün Təqaüd proqramı elan edir:

Ümumi məlumat və müraciət forması     

Maliyyələşmə                                          

Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar

Tələb olunan sənədlər

Əlaqə                           

 

Ümumi Məlumat :

Təhsil səviyyəsi:  bakalavriat, magistratura;

Kvota:                  hər təhsil səviyyəsi üzrə 5 yer;

Tədris dili:           qazax, rus və ya ingilis;

Müraciət üçün son tarix: 30.04.2023

Müraciət forması:

• Təqaüd proqramına müraciət edəcək iddiaçılar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət etməli - https://app.htp.edu.az/

- Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

• Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron sistem vasitəsi ilə bildiriləcəkdir; • Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə buraxılmayacaqdır; • Hər bir namizədlə keçiriləcək müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə audio-video çəkiliş aparılır;

• Seçim nəticələrinə dair apellyasiya şikayəti verilməsi nəzərdə tutulmur;

• Elm və Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları Qazaxıstan tərəfinə təqdim ediləcəkdir;

• Elm və Təhsil Nazirliyi tərəfindən təklif olunan və təsdiq üçün Qazaxıstan tərəfinə göndərilmiş namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri ali təhsil müəssisələrinə* seçim sıralamasına uyğun olaraq göndəriləcəkdir;

- Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili qaydalarla tənzimlənir. Göstərilmiş universitetlərdən heç birinə qəbul ola bilməyən namizədlərin təqaüd hesabına təhsili mümkün olmayacaqdır.

• Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2023-cü ilin yay ayları ərzində təqdim olunması gözlənilir.

Maliyyələşmə:

• Təhsil haqqı;

• Tədris vəsaitləri;

• Tibbi xidmət;

• Aylıq təqaüd;

Qeyd: Qəbul edən Tərəf milli qanunvericiliyinə uyğun olaraq mübadilə iştirakçılarına təqaüd verir. Qazaxıstanın milli qanunvericiliyinə uyğun olaraq, yerli tələbələrə verilən təqaüd məbləği aşağıdakı kimidir:

- Bakalavriat üzrə aylıq 36600 təngə (82 dollar)

- Magistratura üzrə aylıq 86987 təngə (194 dollar)

• Nəqliyyat xərci

Qeyd: Azərbaycan vətəndaşlarının ildə bir dəfə gediş-gəliş xərcləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən qarşılanır. Namizədlərin müraciət edə biləcəkləri universitet və proqramların siyahısı ilə keçiddən tanış olmaq mümkündür. Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar Namizədlər yalnız aşağıdakı tələblərə cavab verdikləri təqdirdə fərdi müsahibə mərhələsində iştirak hüququ əldə edəcəklər:

• Bakalavriatdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 3 ixtisasa uyğun olmalıdır (ixtisasların uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il, 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na əsasən müəyyən olunur);

• İddiaçıların seçdiyi hər bir ixtisas eyni ixtisas istiqaməti üzrə olmağı tövsiyə olunur;

• Bakalavriat və ya magistratura təhsil səviyyələri üzrə təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza 4 ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 350, digər sahələr üzrə ən azı 400 bal toplamalıdırlar;

• 2022/23-cü tədris ili üzrə ümumtəhsil müəssisələrindən məzun olacaq Dövlət İmtahan Mərkəzi (DİM) (əvvəlki TQDK) imtahanlarında iştirak etməyən iddiaçıların (əvvəlki illərin məzunları da daxil olmaqla) akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal sahibi və s.) həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 65%-indən az olmamalıdır;

• DİM imtahanlarında iştirak etməyən əvvəlki illərin məzunu olan iddiaçıların öncəki bənddə tələb olunan göstərici ilə yanaşı, attestat üzrə cari müvəffəqiyyət dərəcəsinin orta balı 100 ballıq sistem üzrə isə 61 (və ya bunun ekvivalenti) baldan aşağı olmamalıdır. DİM imtahanlarında iştirak etmiş orta ixtisas diplomu olan şəxslərə də bu qayda aid edilir; • Ölkənin yerli ali təhsil müəssisələrində bakalavriat və ya magistratura səviyyələrində təhsil alan şəxslər təhsillərinin 50%-dən çoxunu tamamlamamış olmalıdır;

• Magistratura səviyyəsinə müraciət edən iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 61 baldan aşağı olmamalıdır. Hazırda təhsil aldığı eyni səviyyə üzrə müraciət edən iddiaçıların cari ÜOMG də 100 ballıq sistem üzrə 76 və ya 4 ballıq sistem üzrə 3.3 baldan aşağı olmamalıdır;

• “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış, lakin Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə əsasən, 5 il ərzində ölkədə işləmək öhdəliyini yerinə yetirməmiş məzunların sənədləri qəbul edilməyəcəkdir;

Qeyd: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən (...dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər. Qeyd: Namizədlər, bir akademik ildə ilkin seçimi Elm və Təhsil Nazirliyi tərəfindən aparılan yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər. Bu qayda yalnız müvafiq təqaüd proqramının müsahibə mərhələsinə buraxılmış şəxslərə şamil edilir.

Tələb olunan sənədlər:

• Ərizə forması (keçid) Qeyd: Rus dilində doldurulmuş Qazaxıstan tərəfinin ərizə forması HTP elektron ərizə sistemi üzrə “qəbul sənədi” hissəsinə yüklənməlidir.

• CV (rus və ya ingilis dillərində, maksimum 2-3 səhifə) • şəxsiyyət vəsiqəsinin rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti; • ümumvətəndaş pasportunun ilk 3 səhifəsinin surəti; • sağlamlıq haqqında arayış (N86) və QİÇS (HIV/AIDS) xəstəliyinin olmamasına dair tibbi arayışın rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti; • attestat və ya orta ixtisas diplomunun (bakalavr dərəcəsinə müraciət edənlər üçün) rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;

• Bakalavr təhsili üzrə diplom və diploma əlavənin (magistratura dərəcəsinə müraciət edənlər üçün) rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti; • bakalavr və magistratura təhsili üzrə diplom və diploma əlavənin (doktorantura dərəcəsinə müraciət edənlər üçün) rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;

• Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil aldığınıza dair arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilərin rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;

• 2 ədəd 3x4 rəngli fotoşəkil.

• Motivasiya məktubu (250-500 sözlük, qazax, rus və ya ingilis dilində);

• Məhkumluq barədə arayış (rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş);

• Tövsiyə məktubu (rus, qazax və ya ingilis dilində); • Dil sertifikatı (tədris dili ingilis dilində olan ixtisaslar üçün min İELTS 6.0, tədris dili rus dilində olan ixtisaslar üçün rus bölməsi üzrə təhsili aldığını təsdiq edən sənəd)

Əlaqə:

Təqaüd proqramı ilə bağlı suallarınızı htpinfo@edu.gov.az elektron ünvanına göndərə bilərsiniz.

Qazaxıstan ali təhsilinin uğurları ilə bağlı bunları bilirsinizmi?

Əl-Fərabi Qazax Milli Universiteti (KazNU)

• Daha çox bakalavriat, magistratura və doktorantura təhsil pillələri üzrə filologiya və hüquq ixtisaslarının tədrisi sahəsində ixtisaslaşmışdır;

• “QS World University Ranking 2021” – ə əsasən ölkə üzrə 1-ci, dünya universitetləri arasında isə 165-ci yeri tutur;

• Universitetin məşhur məzunları arasında Qazaxıstanın keçmiş xarici işlər naziri Kairat Abdrakhmanov, Qazaxıstanın keçmiş təhsil naziri Bakhytzhan Zhumagulov və Qazaxıstanın əmək və əhalinin müdafiəsi naziri Gulzhana Karagusova yer alır;

• Hər il universitetdə davamlı olaraq müxtəlif dillərdə danışan yerli və xarici tələbələri bir araya gətirən və onlara müxtəlif mədəniyyətlər haqqında fikir mübadiləsi aparmağa şərait yaradan tədbirlər keçirilir; L. N. Qumilyov adına Avrasiya Milli Universiteti (ENU)

• Daha çox bakalavriat, magistratura və doktorantura təhsil pillələri üzrə mühəndislik və təbiət elmləri sahəsində ixtisaslaşmışdır;

• “QS World University Ranking 2021” – ə əsasən ölkə üzrə 2-ci, dünya üzrə isə 357-ci yeri tutur; 7 • Universitetin məşhur məzunları arasında Zhenis Kassymbek (siyasətçi), Aleksandr Vinokorov (dünyaca məşhur velosipedçi) yer alır. M. Əvəzov adına Cənubi Qazaxıstan Dövlət Universiteti

• Daha çox bakalavriat, magistratura və doktorantura təhsil pillələri üzrə təbiət elmlərinin tədrisi sahəsində ixtisaslaşmışdır;

• “QS World University Ranking 2021” – ə əsasən ölkə üzrə 3-cü, dünya universitetləri sırasında isə 490-ci yeri tutur;

• Universitetin məşhur məzunları arasında Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyasının Prezidenti Murat Zhurinov, Qazaxıstan Kənd Təsərrüfatı Nazirinin Müavini və eyni zamanda Parlamentin üzvü Nurzhan Altayev yer alır. K.İ. Satpayev adına Qazax Milli Texniki Araşdırma Universiteti

• Daha çox bakalavriat, magistratura və doktorantura təhsil pillələri üzrə nef-sənayə və texnologiya mühəndisliyi sahəsində ixtisaslaşmışdır;

• “QS World University Ranking 2021” – ə əsasən ölkə üzrə 4-cü yeri tutur; dünya universitetləri siyahısında isə 541-550-ci aralıqda yerləşir;

• Universitetin məşhur məzunları arasında Qazaxıstan Respublikasının İqtisadiyyat Naziri Baxyt Sultanov, Qazaxıstan Respublikasının Xarici İşlər Naziri Beibut Atamkulov və məşhur siyasətçi Asqar Jumagaliyev yer alır.

Kaspi.edu.az

 

31.03.2023