XƏBƏRLƏR

"Ulu Öndərin poetik portreti" adlı kitab nəşr olunub

Kaspi Təhsil Şirkətindən “Heydər Əliyev İli”nə töhfə

“Kaspi” Təhsil Şirkəti dahi lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Ulu Öndərin poetik portreti” adlı kitab nəşr edib. Kitab Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasına Kaspi Təhsil Şirkətinin töhfəsidir.

Azərbaycan xalqının Ümummilli Liderinə həsr olunan və tanınmış ədəbi imza sahibləri tərəfindən yazılan ən gözəl yüz şeir bu topluda yer alıb. Kitab görkəmli dövlət xadimi Heydər Əliyevin şairlər tərəfindən yaradılan poetik portretidir.

Nəşrin layihə rəhbəri və redaktoru Əməkdar jurnalist, filologiya elmləri doktoru Sona Vəliyevadır. Eyni zamanda, S.Vəliyeva kitaba “Ulu Öndər Heydər Əliyevə poeziyamızın məhəbbəti” adlı geniş müqəddimə yazaraq dahi liderin Azərbaycan xalqının həyatındakı əvəzolunmaz rolundan və xidmətlərindən söz açıb, həmçinin kitabda yer alan poetik əsərləri şərh edib.

“Ulu Öndərin poetik portreti” kitabı “Zərdabi” nəşriyyatı tərəfindən çap olunub.

kaspi.edu.az

16.01.2023