Kaspi Liseyinin məzunu Gümüş nişana layiq görüldü
Qızıl və Gümüş nişanla təltif olunmuş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq
.jpg)
Ümumi təhsil müəssisələrinin məzunlarının 2021-2022-ci tədris ili üzrə Qızıl və Gümüş nişanla təltifi haqqında təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, ümumi təhsil məktəblərində təhsil aldığı müddətdə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə də fərqlənən şagirdlər qızıl və ya gümüş nişanlarla təltif olunurlar. Ümumilikdə 136 şagird Qızıl, 79 şagird isə Gümüş nişana layiq görülüb.
Gümüş nişan alan məzunların siyahısında Kaspi Liseyinin Bakıxanov Filialının məzunu Əlisoy Aqşin Habil oğlunun da adı var.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinin 2021-2022-ci tədris ili üzrə məzunlarının Qızıl və Gümüş nişanla təltifi haqqında təhsil nazirinin əmri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 yanvar tarixli 8 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların Qızıl və ya Gümüş nişanla təltif olunma Qaydası”na, 2021-2022-ci tədris ilində tam orta təhsil səviyyəsi üzrə aparılmış yekun attestasiyanın nəticələrinə əsaslanır.
Qızıl və Gümüş nişanla təltif olunmuş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.
Kaspi Təhsil Şirkəti Qızıl və Gümüş nişana layiq görülən bütün məzunları təbrik edir!