XƏBƏRLƏR

Çalışqanlıq, məqsəd və inam - Kaspi Abituriyentlərinin uğurunun sirri

106 Kaspi məzunu Buraxılış imtahanında 200 baldan yuxarı nəticə topladı

Dövlət İmtahan Mərkəzinin (DİM) XI sinif şagirdləri üçün ümumi orta təhsil səviyyəsi üzrə keçirdiyi Buraxılış imtahanında (Ana dili, Riyaziyyat, Xarici dil) Kaspi Abituriyent Kursları uğurlu nəticələr əldə edib. Abituriyent Kurslarının filiallar üzrə şagirdləri 200-dən yuxarı bal toplayıb.

Şagirdlərlə söhbətimizdə onlar uğurlu nəticəni təkcə öz çalışqanlıqları, biliklərə səylə yiyələnmələri kimi deyil, həmçinin təhsil aldıqları kursda müəllimlərin peşəkarlığı, düzgün tədris metodları, şagirdlərə həssaslıqla yanaşmaları ilə əlaqələndirirlər.

XI sinif şagirdi Mehdi Əflaki Buraxılış imtahanında qazandığı yüksək nəticəyə (284.6) görə həm də təhsil müəssisəsinə minnətdardır: “Müəllimlər bizə təkcə fənləri öyrətmirlər, həmçinin mənəvi dəstək olurlar.  Dərsləri daha yaxşı öyrənmək üçün əlavə saatlar təşkil edirlər. Onların işlərinə peşəkar yanaşmaları bizim yüksək nəticə qazanmağımıza səbəb olur”. M.Əflaki qeyd edir ki, uğur qazanmağın sirri gərgin çalışmaqdan ibarətdir: “İnsanın qarşısında mütləq məqsəd olmalıdır. Bu ona enerji verir, həvəsdən düşməyə qoymur. Çalışqanlıq, məqsəd və inam olanda uğur qazanmaq qaçılmazdır”.

XI sinif şagirdi Fidan Qismətli Buraxılış imtahanında uğurlu nəticə (290 bal) qazanıb: “Fənləri ona sevdirən Kaspi Abituriyentin müəllimlərinə minnətdarlıq edir: “İmtahan verdiyim fənlərdən riyaziyyatı və ingilis dilini o qədər də sevmirdim. Amma müəllimlər o fənləri mənə elə sevdirdilər ki, uğurlu nəticə qazandım. İndi özümə güvənirəm. Həmçinin kursda şagirdlər bir-birinə kömək edir. Müəllimlər də hər bir sualımıza həssaslıqla yanaşırlar”. F.Qismətli 1-ci ixtisas qrupu üzrə hazırlaşır. Arzusu kompyuter mühəndisi olmaqdır: “Fikrimcə, insan çalışsa məqsədinə çatar. Mənim də arzum budur. Gələcəkdə yaxşı mütəxəssis olmağa çalışacam”.

Əsmər Səlimzadə Buraxılış imtahanında yüksək nəticə əldə edib (284.2 bal): “Bu nəticədə kursdakı müəllimlərin  böyük payı var. Onlar dərslərimizə ciddi yanaşmasaydılar, mən uğurlu nəticə qazanmazdım. Bizim üzərimizə düşən vəzifə isə gecə-gündüz oxumaqdır. Müəllimlərimiz bizə dəstək olur, yol göstərir, biz isə oxumasaq, uğur qazana bilmərik. Kaspi filiallarında şagirdlərin uğur qazanması üçün hər çür şərait var”. Ə.Səlimzadə II ixtisas qrupu üzrə hazırlaşır: “Bakalavr təhsilimi Bakıda oxuyub, magistraturanı xarici ölkədə davam etdirmək istəyirəm. Qarşımda uzun yol var. Yalnız çox oxumalı və məqsədə çatmaq üçün çalışmalıyam”.

Zeynəb İsmayılova (276 bal) rus bölməsi üzrə oxuyur: “Kaspi hazırlıqlarının üstünlüyü təkcə dərslərlə bitmir. Həmçinin şagirdlərin bilik və bacarıqlarını ölçmək məqsədilə hər ay sınaq imtahanları keçirilir və əlavə dərslr verilir. Müəllimlər bizə tələbkarlıq və həssaslıqla yanaşırlar. Bu da həvəs və məsuliyyətlə oxumağımıza kömək edir. Arzum instituta daxil olmaq və Vətənimizə yaxşı mütəxəssis kimi töhfə verməkdir”.

Cəmil Camaləddinli (291.5) I ixtisas qrupu üzrə hazırlaşır. Arzusu informasiya təhlükəsizliyi üzrə təhsil almaqdır: “Kurslarda imtahan strukturunu öyrəndim, sınaqlarda vaxtaşırı iştirak etdim. Müəllimlərin öyrətmə metodu fənləri dərindən mənimsəməyimə kömək etdi”. C.Camaləddinli deyir ki, riyaziyyat fənnini yaxşı bilməsi olimpiada ilə məşğul olmasından irəli gəlir: “Bu, mənim riyazi biliklərimin inkişafına kömək edib. Ali məktəbə hazırlaşan gənclərə məntiqlə məşğul olmağı tövsiyə edirəm. Bu, bütün biliklərin açarıdır”.

Xəyal Məmmədli Buraxılış imtahanındakı nəticəsini (280 bal) davamlı çalışması və Kaspi Abituriyentin müəllimlərinin peşəkarlığı ilə əlaqələndirir: “Müəllimlərin əməyi ilə mənim dərslərə ciddi yanaşmağım imtahanda yaxşı nəticə qazanmağıma kömək oldu. Hesab edirəm ki, ali məktəbə qəbil olmaq istəyən istəniən abituriyent məqsədi uğrunda səylə çalışmalıdır”.

Kaspi Abituriyent Kurslarının bütün şagirdlərinə qarşıdakı qəbul imtahanlarında uğurlar arzulayırıq!

Kaspi.edu.az

 

29.04.2022