Yubileyiniz mübarək, Cənab Prezident!
Kaspi Təhsil Şirkəti Prezident Ilham Əliyevi təbrik edir
“Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi lideri var!” Bu gün bu sözlər təkcə ölkəmizin böyüklü-kiçikli sakinlərinin deyil, hətta dünya liderlərinin və ictimaiyyətinin də dilindən səslənir.
Cənab Prezident! Ölkəmizə rəhbərlik etdiyiniz illər ərzində Siz Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxardınız. Bu illər ərzində xalqın böyük etimadını qazandınız, ölkəmizin simasını bütünlüklə dəyişdirməyə nail oldunuz. Həyata keçirdiyiniz nəhəng işlərlə vaxtilə dediyiniz “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” fikirlərini isbat etdiniz. Bu gün insanlar Sizi sevir, Sizə inanır və Sizə böyük ümidlər bəsləyirlər. Siz bu xalq sevgisini qazanmış nadir dövlət başçılarındansınız. Siz uşaqdan-böyüyə hər bir vətəndaşın yanında olmağınızla bunu sübut etdiniz, bütövlüyümüzün, birliyimizin təminatçısına çevrildiniz. Heç şübhəsiz, bütün bu uğurlar ulu Öndər Heydər Əliyevin siyasətindən güc almağınız və onun ideallarını layiqincə həyata keçirməyiniz sayəsində mümkün oldu.
Cənab Prezident! Siz adınızı Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazdıran Ali Baş Komandan kimi sevilirsiniz. Siz xalqın birliyi, ordumuzun rəşadəti ilə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdınız. 44 günlük Vətən müharibəsində “Dəmir yumruq” əks-hücum əməliyyatları ilə torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoydunuz. Ərazi bütövlüyümüzü bərpa etməklə “Qarabağ Azərbaycandır” dediniz. Qətiyyətli və düşünülmüş şəkildə yürütdüyünüz siyasət öz bəhrəsini verdi. Bu uzaqgörənliyinizin nəticəsində bu gün biz hamımız böyük ZƏFƏRin təntənəsini yaşayırıq. Bu gün müqəddəs bayrağımızın işğaldan azad edilmiş Qarabağ torpaqlarında dalğalanmasından hər bir azərbaycanlı qürur duyur.
Cənab Prezident! Sizin həyata keçirdiyiniz siyasətin əsas hədəfində təhsil həmişə xüsusi yer tutur. Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat ilk növbədə ölkəmizin xoşbəxt gələcəyinə hesablanıb. “Azərbaycanda gənc nəslin bilikli, savadlı olması ölkəmizi gücləndirir”- fikirləriniz bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin, mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəkdir.
2022-ci ildə 15 yaşını qeyd edəcək Kaspi Təhsil Şirkəti Sizin uzaqgörən təhsil siyasətinizdən güc alaraq milli təhsilimizə öz töhfəsini verməkdədir. Təhsil müəssisəsi gənclərin təhsil, kareyra və inkişaf məsələlərinin həlli istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə bütün qüvvəsi ilə çalışır.
Cənab Prezident! Uğurli daxili və xarici siyasətinizlə görülən işlər ölkəmizin gələcəyinin daha parlaq olacağını söyləməyə əsas verir. İnanırıq ki, Sizin rəhbərliyiniz altında Azərbaycan daha da qüdrətlənəcək, parlaq sabahlara, zəfərlərə daha əzmlə, inamla addımlayacaq.
Cənab Prezident! Azərbaycanımızı irəli aparmaq, inkişafda olan dünya ölkələri ilə daim yanaşı addımlamaq üçün tutduğunuz islahat yolunda Sizə uzun ömür, cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq!
Yubiley yaşınız mübarək!