XƏBƏRLƏR

Kaspi şagirdləri Estoniyada təcrübə, Bakıda qızıl medal qazandılar

Qızıl və Bürünc medallar

Ölkəmizdə ilk dəfə keçirilən STEAM Azərbaycan Festivalı (SAF- 2021) başa çatdı. Festival iştirakçıların yaddaşında sağlam rəqabətlilik, intellektual bilikləri artırma, texnologiyalara maraq, komandada işləmək bacarıqlarının formalaşması kimi mühüm amillərlə yadda qaldı. STEAM beş sahənin – elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş tədrisi ideyası üzərində qurulub. Azərbaycanda keçirilən festival Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən ölkənin 6-11-ci sinif şagirdləri üçün Baku Expo Mərkəzində təşkil olundu.

Qeyd edildi ki, STEAM layihəsinin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və öyrədilməsindən ibarətdir.

Təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Türkiyə və İsraildən olan qonaqların iştirak etdiyi festivalda Kaspi Liseyinin şagirdləri Qızıl və Bürünc medallar qazanmaqla uğura imza atıblar.

10 komanda , 20 şagird

Festival çərçivəsində nəzərdə tutulan yarışlar "STEAM Open (Makerthon)", "Hackaton", "Micro:bit", "Lego Sumo senior", "Lego Sumo junior",  "Line follower", "3D Cad", "Short movie", "Edu-dron", Humanoid robot üzrə kateqoriyalar istiqamətində reallaşıb. Əlavə olaraq iştirakçılar Kvest texnologiyaları modulu üzrə “Escape Room”la tanış oldular, oyunun aktiv iştirakçısına çevrilə bilmək imkanı qazanıblar.

İki gün davam edən festivalın sonuncu günü - 10 dekabrda həvəsləndirici yarışların təşkili və qalib komandaların mükafatlandırılması həyata keçirilib.

Festivala regionlardan 91 komandadan 374, paytaxt üzrə 198 komandadan 518 olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb.

Kaspi Liseyinin 10 komandası (20 şagirdi) yarışlarda iştirak edib.

Komandalarımızın uğuru

Kaspi Liseyinin Layihə olimpiadaları üzrə koordinatoru Kamran Əsgərov Kaspi.edu.az-a açıqlamasında qeyd edib ki, yarışa hazırlıq bir aya yaxın davam edib: “Yarış möhtəşəm keçdi. Ümumi olaraq 20 şagirdimiz yarışırdı. 9 komanda sırf robotika, bir komanda proqramlaşma sahəsində idi. Bir kateqoriya şagirdlərimiz ilk üçlükdə yer aldılar və Bürünc medala layiq görüldülər. Digər kateqoriya “Lego Sumo” güləşləri idi. Bu kompleks bir işdir. Çünki verilmiş məhdudiyyətlərin nəzərə alaraq robot hazırlamaq ciddi bir mühəndislik və düşünmə işidir. Bu yarışlarda 9-cu sinifdən ibarət komandamız 1-ci yerə layiq görüldü. Əziyyətimiz hədər getmədi. Proqramlaşma komandasına gəlincə, təlimatlar düzgün ötürülmədiyi üçün şagirdlərimiz finala çıxa bilmədilər”. K.Əsgərov festivalın şagirdlərə özünəinam, güvənlik kimi hisslər qazandırdığını qeyd edir: “Nəticələrə görə uşaqlar özlərini arenada tanımış oldular. Biz Estoniya səfərində bir çox zəif nöqtəmizə bələd olduq. Hətta medal alan şagirdlərin hər iki komandası Estoniyada yarışırdı. Bu, onlar üçün bir təcrübə oldu. Şagirdlərə həvəsləndirici robot hədiyyələri verildi. Bu, şagirdlərimiz üçün çox yaxşı hədiyyə oldu. 1-ci yerə layiq görülən komandaya medalı şəxsən təhsil naziri özü təqdim etdi. Ümumilikdə bir komandada 3 nəfər - iki şagird, bir müəllim medala layiq görüldü”.

Gələcək təcrübə

K.Əsgərov liseyin robotika komandasının qarşıdakı yarışlarından da danışdı: “Stemart.az” və Türkiyənin “EduCat hub” şirkətinin birgə təşkil edəcəyi bir “VEX – IQ Challenge” yarışı bizi gözləyir. Fevral ayına təsadüf edəcək yarış Türkiyə-Azərbaycan qardaşlığına həsr olunacaq. Türkiyədən qonaqlarımız olacaq, eyni zamanda ətraf ölkələrdən də iştirak edəcəklər. Bu yarışlarda qalib gələn şagirdləri ABŞ-ın Texas ştatında final yarışları gözləyir. Həmçinin şagirdlərimiz iyun ayında ABŞ-da keçiriləcək “Genius” olimpiadasında iştirak edəcəklər. “First Lego League” yarışı və “Sabahın alimləri” müsabiqəsində də komandalarımızın iştirakı nəzərdə tutulur”. K.Əsgərov hesab edir ki, şagirdlərin bu tip yarışlarda iştirakı onlara böyük təcrübə qazandırır: “Yarışlarda uduzan komanda yoxdur. Fərqlənən komanda olur. Əsas bacarıq və təcrübə əldə etməkdir. Bu, onlar üçün gələcək təcrübədir”. 

Şagirdlərin sosiallaşmasına dəstək

Festivalın Qızıl medalçısı Ayxan Mehdiyev uğurunu həm dərslərinə ciddi yanaşması, həm də müəllimlərinin əməyi ilə əlaqələndirir: “Belə yarışlar bizim inkişafımızda mühüm rol oynayır və təcrübə qazandırır. Kaspi Liseyinin müəllimləri də bizim bu istiqamətdə formalaşmağımızda böyük əmək sərf edirlər. Müəllimlərimizə və bizə dəstək olan valideynlərimizə minnətdarıq!”

Ayxan Mehtiyevin atası Elsevər Mehdiyev də sevincini bölüşür: “Şagirdlərin bu tip yarışlarda iştirakı onların sosiallaşmasına dəstək olur. Övladımın festivalda uğur qazanmasına görə bir valideyn kimi çox sevinirəm. Bu, çox gözəl duyğudur. Belə yarışlar uşaqlarda özünəinamı artırır, onlarda sağlam rəqabət hissini formalaşdırır. Bu uğura görə Kaspi Liseyinin müəllimlərinə də minnətdarlığımı bildirirəm!”

Motivasiya

Bakıxanov Liseyinin 9-cu sinif şagirdi Cavid Əlizadə də festivalın Qızıl medalçıları sırasındadır. Cavid uğurun sirrini çox çalışmaqda, dərslərinə səylə hazırlaşmaqda görür: “Hər yarış bizim biliklərə daha dərindən yiyələnməyimiz üçün böyük təcrübədir. Qazandığımız uğur bizdə özümüzə inam və motivasiya yaratdı”.

Baıxanov Liseyinin 8-ci sinif şagirdi Nicat Hüseynov festivalda Bürünc medala layiq görülüb. Ancaq bu, onu həvəsdən salımır, gələcək yarışlarda qalib olmağa həvəsləndirir:SAF festivalında iştirak etdiyim üçün özümü çox şanslı hiss edirəm. Bu, mənim içtirak etdiyim   2-cı festival idi. STEAM Azərbaycan Festivalından 2 həftə əvvəl Estoniyada keçirilən bir festivalda iştirak etdim. SAF-da həmin festival qədər nüfuzlu idi. Festival çox gözəl təşkil olunmuşdu. STEAM Azərbaycan Festivalında Line Follow kateqoriyası üzərindən bizim komanda 3-cü yerə yüksəldi. Bu, tam olaraq Kaspi Liseyinin uğurudur. Bütün qalibləri təbrik edirəm!”

Nicat Hüseynovun atası Hikmət Hüseynov STEAM Azərbaycan Festivalında iştirak üçün övladına yaradılan  şəraitə görə Kaspi Liseyinə təşəkkür edir: “Övladım bu festivalda öz kateqoriyası üzrə 3-cü yerə yüksəlib. Bürünc medala layiq görülüb. Bütün lisey heyətini bu uğur münasibəti ilə təbrik edir, davamlı olmasını diləyirik!”

STEAM Azərbaycan (SAF) festivalında iştirak edən şagird və müəllimlərimizin siyahısını təqdim edirik:

 

 

Aylin Qulubəyova

Kaspi Liseyi Ağ Şəhər

Robotex International 2021 - Estonia

Lego Line Follower

 

7-ci sinif

 

Ömər İsgəndər

Kaspi Liseyi Bakıxanov

Lego Sumo

5-6-cı yer

8-ci sinif

 

Fuad Əlimirzə

Kaspi Liseyi Ağ Şəhər

Lego Line Follower

 

8-ci sinif

 

Cavid Əlizadə

Kaspi Liseyi Bakıxanov

Lego Sumo

11-12-ci yer

9-cu sinif

 

Ayxan Mehdiyev

Kaspi Liseyi Bakıxanov

Lego Sumo

11-12-ci yer

9-cu sinif

 

Ayhan Hüseynov

Kaspi Liseyi Bakıxanov

Lego Sumo

5-6-cı yer

8-ci sinif

 

Nicat Hüseynov

Kaspi Liseyi Bakıxanov

Lego Line Follower

 

8-ci sinif

 

Cəmil Zeynallı

Kaspi Liseyi Bakıxanov

Lego Line Follower

 

8-ci sinif

 

Vüsal Rüstəmli

Kaspi Liseyi Bakıxanov

Lego Line Follower

 

8-ci sinif

 

Ömər İsgəndər

Kaspi Liseyi Bakıxanov

STEAM Azərbaycan Festivalı - 2021

Lego Sumo

4-cü yer

8-ci sinif

 

Ayhan Hüseynov

Kaspi Liseyi Bakıxanov

4-cü yer

8-ci sinif

 

Nicat Hüseynov

Kaspi Liseyi Bakıxanov

Lego Line Follower

3-cü yer - Bürünc

8-ci sinif

 

Raul Vəliyev

Kaspi Liseyi Bakıxanov

3-cü yer - Bürünc

6-cı sinif

 

Cavid Əlizadə

Kaspi Liseyi Bakıxanov

Lego Sumo Senior

1-ci yer - Qızıl

9-cu sinif

 

Ayxan Mehdiyev

Kaspi Liseyi Bakıxanov

1-ci yer - Qızıl

9-cu sinif

 

Leyla Hüseynova

Kaspi Liseyi Bakıxanov

Lego Line Follower

9-cu yer

6-cı sinif

 

Zəhra Seyidova

Kaspi Liseyi Bakıxanov

9-cu yer

6-cı sinif

 

Vüsal Rüstəmli

Kaspi Liseyi Bakıxanov

Lego Line Follower

8-ci yer

8-ci sinif

 

Cəmil Zeynallı

Kaspi Liseyi Bakıxanov

8-ci yer

8-ci sinif

 

Mustafa Əhmədov

Kaspi Liseyi Bakıxanov

Lego Sumo

5-ci yer

7-ci sinif

 

Əsiran Hacıyev

Kaspi Liseyi Bakıxanovda hazırlaşıb

5-ci yer

11-ci sinif

 

Babaxan Əsgərov

Kaspi Liseyi Ağ Şəhər

Lego Line Follower

4-cü yer

6-cı sinif

 

Yunus Sadıxov

Kaspi Liseyi Ağ Şəhər

4-cü yer

7-ci sinif

 

Aylin Qulubəyova

Kaspi Liseyi Ağ Şəhər

Lego Line Follower

14-cü yer

7-ci sinif

 

Fuad Əlimirzə

Kaspi Liseyi Ağ Şəhər

14-cü yer

8-ci sinif

 

Rauf Mikayıllı

Kaspi Liseyi Ağ Şəhər

Lego Line Follower

6-cı yer

6-cı sinif

 

Yusif Dostuyev

Kaspi Liseyi Ağ Şəhər

6-cı yer

6-cı sinif

 

Valeh Kazımlı

Kaspi Liseyi Ağ Şəhər

Hackathon

 

8-ci sinif

 

Rüstəm Dostuyev

Kaspi Liseyi Ağ Şəhər

 

8-ci sinif

 

Şəfəq İbrahimova

Kaspi Liseyi Ağ Şəhər

 

Lego Sumo Senior

1-ci yer - Qızıl

Müəllim

 

Fəridə İsmayılova

Kaspi Liseyi Bakıxanov

 

Lego Line Follower

3-cü yer - Bürünc

Müəllim

 
             

Kaspi Təhsil Şirkəti bilik yarışlarında qalib gələn şagirdlərini təbrik edir və gələcək yarışlarda hamıya uğurlar arzulayır!

 

 

17.12.2021