Beykoz Universiteti ilə əməkdaşlıq genişləndirilir
Kaspi Liseyinin Türkiyə Universitetləri ilə əlaqələri möhkəmlənir
Kaspi Təhsil Şirkəti beynəlxalq təhsil proqramları çərçivəsində xarici universitetlərlə əməkdaşlığını daha da möhkəmləndirir. Təhsil Şirkətinin Türkiyənin İstanbul şəhərində yerləşən Beykoz Universiteti ilə uzun illərdən bəri davam edən əməkdaşlıq məsələləri bu günlərdə yenidən müzakirə olunub. Bakıda keçirilən Türkiyə Universitetlərinin Təhsil Sərgisi çərçivəsində paytaxtımıza səfər edən Beykoz Universitetinin prorektoru, professor Mustafa Melek Kaspi Liseyinin də qonağı olub.
.jpg)
Kaspi Təhsil Şirkətinin İnkişaf Proqramları İdarəsinin direktoru Əli İsgəndərov Kaspi.edu.az-a bildirib ki, görüş zamanı təhsil müəssisələri arasında əməkdaşlıq məsələlərinə yenidən nəzər salınıb: “2022-2023-cü tədris ilində təhsil müəssisələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, Yabancı Öğrenci Sınavı (YÖS) qiymətləndirmə sistemində baş verən dəyişikliklər və s.lə bağlı müzakirələr oldu. Hesab edirəm ki, bu müzakirələr gələcəkdə beynəlxalq təhsil çərçivəsində əməkdaşığımızın daha da genişlənməsinə kömək edəcək”.
Qeyd edək ki, 2007-ci ildə Türkiyə Lojistik Tədqiqat və Təhsil Vəqfi tərəfindən qurulan Beykoz Universiteti beynəlxalq əməkdaşlıq proqramlarının keyfiyyətinə təminat verir. Belə ki, “Gələcəyinizə istiqamət verin” devizi altında universitetdə təhsil alanlara həm ingilis, həm də türk dilində tədris proqramları, gələcəkdə bacarıqlı iş həyatı və xoşbəxt bir yaşam qurmaları üçün imkanlar vəd edir. Təhsil standartları kifayət qədər yüksək olan universitetin fakültələrində tədrisi aparan akademik heyyət xüsusi seçilib və xarici universitet təcrübəsinə malikdir. Eyni zamanda, Beykoz Universiteti ixtisaslar üzrə daha çox praktiki dərslərlə tədris planı təqdim etməkdədir.
Təhsil müəssisələri arasında mövcud əməkdaşlıq çərçivəsində Kaspi Liseyinin məzunlarından da Beykoz Universitetində tələbə adını qazananlar var.
.jpg)