1 oktyabr - Beynəlxalq Ahıllar Günüdür
Ahıl insanlar daim dövlətimizin diqqətindədir
Bu gün bütün dünyada Ahıllar Günü qeyd edilir. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib. Bu qətnamənin prinsiplərinə əsasən hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd edilməsi isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır.
Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır.
Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmış, 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanun imzalamışdır. Həmin sənədə əsasən, 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.
Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Təqaüd yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Fondda ahıllar, müharibə veteranları ilə görüşlər keçirilir. Onların sağlamlığı diqqətdə saxlanılır.
Kaspi Təhsil Şirkəti olaraq bütün ahıl insanlarımızı təbrik edir və cansağlığı arzulayırıq!