Kaspi Təhsil Şirkətində II-VIII sinif üzrə Sınaq İmtahanları

Biliklərinizi real olaraq yoxlamaq istəyirsinizsə, Kaspi Sınaq İmtahanlarında iştirak edin!
Kaspi Abituriyent Hazırlığı Kurslarında şagirdlərin bilik və bacarıqlarını ölçüb-qiymətləndirmək məqsədilə Azərbaycan və rus bölmələrinin 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci sinif şagirdləri üçün mütəmadi olaraq, Sınaq imtahanları – canlı və Online formatda Sınaq imtahanları keçirilir.
Sınaq imtahan sualları tərtib olunarkən, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən fənlər üçün müəyyən edilmiş məzmun xətləri üzrə əsas və altstandartlara istinad edilir, Milli Kurikulumun standart və tələblərinə riayət olunur. Sınaq imtahanlarında tədris prosesinin sonunda şagirdlərin əldə etməli olduğu bilik və bacarıqlar siniflər üzrə tədris olunan bütün başlıca fənlər əsasında yoxlanılır:
- Fənlər üzrə sualların say bölgüsü aşağıdakı kimidir:
|
FƏNN |
Sinif üzrə sual sayı |
||||||
|
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
|
|
HƏYAT BİLGİSİ |
5 |
5 |
5 |
||||
|
TƏDRİS DİLİ (AZƏRBAYCAN və ya RUS DİLİ) |
15 |
15 |
15 |
20 |
20 |
20 |
20 |
|
RİYAZİYYAT |
15 |
15 |
15 |
20 |
20 |
20 |
20 |
|
İNGİLİS DİLİ |
5 |
5 |
5 |
10 |
10 |
10 |
10 |
|
TARİX |
10 |
10 |
10 |
10 |
|||
|
KİMYA |
10 |
10 |
|||||
|
BİOLOGİYA |
5 |
10 |
10 |
||||
|
FİZİKA |
5 |
10 |
10 |
||||
|
COĞRAFİYA |
5 |
10 |
10 |
||||
- Siniflər üzrə cəmi sual sayları və imtahanın keçirilmə müddəti aşağıdakı kimidir:
|
FƏNN |
Sinif üzrə sual sayı |
||||||
|
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
|
|
CƏMİ SUAL SAYI |
40 |
40 |
40 |
60 |
75 |
100 |
100 |
|
İmtahan müddət, saatla |
1 |
1 |
1 |
1,5 |
2 |
2,5 |
2,5 |
- İmtahanda maksimum bal – 100 baldır.
Sınaq İmtahanlarında iştirak etməklə,
- şagirdlər Kurikulumun standart və tələblərinə tam uyğun imtahanda iştirak etmiş olurlar;
- şagirdlər real imtahan təcrübəsi əldə edir;
- şagirdlərin imtahan həyəcanı və stresi aradan qalxır;
- müəllimlər şagirdləri barədə və valideynlər övladları barədə, onların bilikləri mənimsəməsi ilə bağlı səhih məlumat əldə edirlər;
Bütün şagirdləri Kaspi Sınaq İmtahanlarında iştirak etməyə dəvət edirik, onlara dərs çalışmalarında zehin açıqlığı və uğurlar diləyirik.