XƏBƏRLƏR

Kaspi Təhsil Şirkətinin təşkil etdiyi Sınaq İmtahanlarının tarixi

 

Biliklərinizi real olaraq yoxlamaq istəyirsinizsə, Kaspi Sınaq İmtahanlarında iştirak edin!

Kaspi Abituriyent Hazırlığı Kurslarında abituriyentlərin biliklərini ölçüb-qiymətləndirmək məqsədilə Azərbaycan və rus bölmələrinin 9-cu, 10-cu, 11-ci sinif şagirdləri və əvvəlki illərin məzunları üçün mütəmadi olaraq, Sınaq imtahanları – canlı və Online formatda Sınaq imtahanları keçirilir.

Bu imtahanlara aiddir:

  1. Buraxılış fənləri üzrə Sınaq İmtahanı:
  • Tədris dili (Azərbaycan və rus dili)
  • Riyaziyyat
  • Xarici dil (ingilis və rus dili)
  1. Blok fənləri üzrə Sınaq İmtahanı:
  • I ixtisas qrupu – Riyaziyyat, Fizika, Kimya
  • II ixtisas qrupu – Riyaziyyat, Coğrafiya, Tarix
  • III ixtisas qrupu – Tədris dili, Tarix, Ədəbiyyat
  • IV ixtisas qrupu – Biologiya, Kimya, Fizika

Sınaq İmtahanlarında iştirak etməklə,

  • abituriyentlər DİM formatına tam uyğun imtahanda iştirak etmiş olurlar;
  • abituriyentlər real imtahan təcrübəsi əldə edir;
  • abituriyentlərin imtahan həyəcanı və stresinə aradan qalxır;
  • müəllimlər şagirdləri barədə və valideynlər övladları barədə, onların imtahana hazırlıq vəziyyəti ilə bağlı səhih məlumat əldə edirlər;
  • abituriyentlər öz müvəffəqiyyət səviyyələrini müəyyən edərək, hədəflərinə olan məsafəyə nə dərəcə yaxınlaşdıqlarını müəyyən edə bilirlər.

Bütün abituriyentləri Kaspi Sınaq İmtahanlarında iştirak etməyə dəvət edirik, onlara dərs çalışmalarında zehin açıqlığı və uğurlar diləyirik.

 

 

21.09.2021