Kaspi Liseyi Beynəlxalq Sülh Gününü qeyd etdi
Bütün planet üçün vacib bayram
21 sentyabr - Beynəlxalq Sülh Günü bütün dünyada qeyd olunur. Bu bayram dünya dövlətlərini sülhə, barışığa, müharibəsiz dünyaya səsləyir. Məktəblərdə də bu mövzuya həsr olunan dərslər keçirilir.
Kaspi Liseyinin Ağ Şəhər Filialının rus bölməsinin I-II sinif şagirdləri Sülh bayramını coşqu ilə qeyd etdilər. Uşaqların sülh, vətənə aid mahnıları, şeirləri səmaya yüksəldi. “Hər kəs sülh içində yaşasın!” şüarı ilə keçirilən tədbirin təşkilatçısı olan sinif müəllimləri bayramın hər il qeyd olunduğunu bildirdilər: “Məqsəd şagirdlərin sülh içində böyüməsini təlqin etmək, yaşıdlarını dostluğa səsləmək, müharibəsiz dünyada yaşamaları üçün arzularını səsləndirməkdir”.

Şagirdlər tədbirdə sülh rəmzi olan Göyərçinlər uçurmaqla Sülhə səs verdiklərini bildirdilər.
.jpg)
Qeyd edək ki, Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib.
21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir.

