Kaspi KIDS Biləcəridə
4-5-6 yaşlı uşaqlara töhfə
Kaspi Təhsil Mərkəzinin Biləcəri Nümayəndəliyi fəaliyyətə başlayıb. Yeni nümayəndəliyin fəaliyyəti Biləcəridə və ətraf ərazidə yaşayan uşaqlar və valideynlər tərəfindən töhfə kimi qarşılanıb. Təhsil müəssisəsinin açılışı Kaspi Kids-in 10 illik yubileyinə təsadüf edib.

.jpg)
2011-ci ildən fəaliyyətə başlayan Kaspi Kids məktəbə hazırlıq proqramı 9 filial və 5 nümayəndəlikdə tədris olunur. “Kaspi Kids” məktəbə hazırlıq proqramı müasir və beynəlxalq təhsil metodlarından istifadə edilərək hazırlanıb və Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına (kurikulumuna) tam uyğundur. Bu proqram 4-6 yaşlı uşaqların intellektual, fiziki, psixoloji və sosial-emosional inkişafında rol oynayır. Həmçinin azyaşlıların potensial imkanlarının, istedad və qabiliyyətlərinin üzə çıxarılmasında, məktəbə hazırlanmasında mühüm əhəmiyyətə malikdir. Proqram uşaqlarda müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq kimi keyfiyyətlər aşılayır, həyati bacarıqların formalaşmasına dəstək olur.
Kaspi Kids Biləcəri Nümayəndəliyinə 4-5-6 yaşlı uşaqların qeydiyyatı davam edir.
.jpg)