Kaspi Abituriyent Hazırlığı Kursları tədris ilinə yeni sistemlə başlayır
Kurslara mərhələli şəkildə start veriləcək
Kaspi Təhsil Şirkətinin Kaspi Abituriyent Hazırlığı Kursları 2021/2022-ci Tədris ili üçün hazırlıq və işləri davam etdirir. Sentyabrın 6-sından təhsil mərkəzlərində Kids, Abituriyent, Məktəbli və Poliqlot xidmətləri üzrə fəaliyyətimizə mərhələli şəkildə start veriləcək.
Qeyd edək ki, Kaspi Abituriyent Hazırlığı Kursları 2008-ci ildən fəaliyyətə başlayıb və hal-hazırda 6 filial və 5 nümayəndəlikdə xidmət göstərir. Kurslar Azərbaycan və rus bölmələri üzrə IX, X, XI sinif şagirdlərinin və əvvəlki illərin məzunlarının Buraxılış imtahanlarına və Ali təhsil müəssisələrinə Qəbul imtahanlarına hazırlığını həyata keçirir. Həmçinin V, VI, VII və VIII sinif şagirdlərinin məktəbdən sonra fənlər üzrə hazırlığını, eləcə də onların sosial fəaliyyətləri, şagirdlərin bilik və bacarıqlarını ölçmək məqsədilə II-XI siniflər üzrə Sınaq imtahanlarını keçirir.
Kaspi Təhsil Şirkətinin Kaspi Abituriyent kursları üzrə akademik rəhbəri Rəsul Ağayev 2021/2022-ci tədris ilinə hazırlıqla bərabər, mərkəzlərin ötən tədris ilində qazandığı uğurlara da toxundu: “Məlumdur ki, COVİD-19 pandemiyası ilə əlaqədar 2020/2021-ci tədris ili dünya ölkələri ilə bərabər bizim ölkəmiz üçün də mürəkkəb tədris ili oldu. Bu il ərzində təhsil prosesi həm canlı (üz-üzə), həm distant (onlayn), həm də hibrid formada təşkil edildi. Pandemiya başladığı ilk aylardan etibarən Kapsi Təhsil Şirkətinin rəhbərliyi və müvafiq strukturları tədris prosesinin kəsilməzliyi və keyfiyyətli şəkildə təşkil edilməsi üçün lazımi qərarları qəbul etdi və müvafiq addımlar atıldı. Görülən işlər sayəsində il ərzində dərslərimiz davamlı keçirildi, abituriyentlərin bilik və bacarıqları Sınaq imtahanları ilə ölçülüb qiymətləndirildi, valideynlərə mütəmadi olaraq məlumatlar çatdırıldı. İlin sonunda abituriyentlərimizin qazandığı uğurlar bir daha doğru istiqamətdə addımladığımızı təsdiqlədi”.
XI sinif şagirdləri və əvvəlki illərin məzunlarının Burarxılış və Blok İmtahanları üzrə birlikdə nəticələri – 600 baldan yuxarı nəticə göstərən şagirlərin sayı 25 nəfər, 500 baldan yuxarı nəticə göstərən şagirlərin sayı 54 nəfər olub. Orta bal göstəricisi 450 bal təşkil edir.
R.Ağayev məlumat verir ki, imtahan nəticələri bəlli olduqdan sonra valideyn və abituriyentlərə ixtisas seçimi ilə bağlı kömək göstərilib və tövsiyələr verilib: “Eyni zamanda, Kaspi Abituriyent Kursları ixtisas seçimi zamanı bütün ölkə abituriyentlərin istifadə etməsi üçün abituriyent.net saytını hazırlayıb, istifadəyə verdi. Bu sayt vasitəsi ilə abituriyentlər ixtisas qrupu və topladıqları balı daxil etməklə, çox rahat şəkildə uyğun ixtisasların siyahısını əldə edə bilir və həmin siyahıdan arzuladıqları ixtisasları asanlıqla seçə bilirdilər. Çox sevindirici haldır ki, sayt istifadəyə verildiyi 1 həftə ərzində yüzlərlə abituriyent saytın xidmətindən faydalandı”.
Hazırda Kaspi mərkəzlərində 2021/2022-ci tədris prosesinin uğurlu başlanması üçün bütün lazımi tədbirlər həyata keçirilib. Belə ki, təhsil müəssisələrində dezinfeksiya işləri aparılıb, mərkəzlər dezinfektant, maska və s. lazımi vasitələrlə təmin olunub, giriş və dəhlizlərdə xəbərdaredici elanlar asılıb, cari təmir işləri tamamlanıb: “Mərkəzlərimiz lazımi tədris avadanlıqları və vasitələrlə təmin olunub və dərslərin başlanmasına tam hazır vəziyyətə gətirilib. Bütün inzibati və müəllim heyəti, eləcə də valideynlər məlumatlandırılıb və lazımi təlimatlar verilib. Tədris prosesinin təşkilinə nəzarət məqsədilə E-KaspiAbituriyent Tədrisin Online İdarəetmə Sistemi hazırlanıb. Bu Sistemdən rəhbərlik, müəllim və valideynlər istifadə edə biləcək: müəllimlər şagirdlərin dərs fəlaiyyəti ilə bağlı mütəmadi məlumatlar verəcək, valideynlər öz övladlarının inkişaf dinamikasını izləyə biləcək və fikirlərini bilidərəcək, rəhbərlik ortaya çıxan bütün məsələlərdən xəbərdar olub, vaxtında həllinə nail olacaqdır”.
Qeyd edək ki, Kaspi Filiallarında Qeydiyyat davam edir: “Valideynlər onlara yaxın ərazidə yerləşən Kaspi Təhsil Mərkəzlərinə müraciət edə bilərlər. Bütün müraciət edən ölkə vətəndaşlarından xahişimiz ondan ibarətdir ki, onlar pandemiya ilə bağlı filiallarda müəyyən edilmiş qaydalara əməl etsinlər. Biz Kaspi Təhsil Şirkəti olaraq, amalımız mükəmməl milli təhsil verməkdir. Abituriyentlərin keyfiyyətli təhsil alması və arzuladıqları universitetlərə qəbul olması üçün bütün heyət – inzibati və müəllim heyəti birlikdə səfərbər olub, əzmlə çalışır. Biz əminik ki, çəkilən zəhmət və əziyyət öz bəhrəsini verəcəkdir”.