XƏBƏRLƏR

Nizami Gəncəvi İli ilə bağlı görüş keçiriləcək

Kaspi Təhsil Şirkətinin Kaspi Liseyləri ”Milli yaddaş” layihəsi çərçivəsində görüşlərini davam etdirir. Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqdar olaraq Kaspi Liseyi ZOOM platforması üzərindən növbəti görüşünü keçirəcək. 29 aprel, saat 16 -da keçiriləcək görüşün qonağı gənc şair-publisist, Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, Serbiya Yazıçılar Birliyinin üzvü Fərid Hüseyndir. Qeyd edək ki, Fərid Hüseyn həmçinin Təhsli Nazirliynin “Virtual dərs” layihəsində Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı bir neçə dərsi tədris edib. Görüşdə Kaspi Təhsil Şirkəti tərəfindən nəşr edilən “Nizami Gəncəvinin əsərlərində qadın surətləri” kitabının da təqdimatı keçiriləcək. Kitaba ön sözü filologiya üzrə elmlər doktoru Sona Vəliyeva yazıb. Nəşrin redaktoru Fərid Hüseyndir. Kaspi Liseyinin müəllim və şagird kollektivi görüşə dəvətlidir.
27.04.2021