KASPİ Liseylərindən inanılmaz ENDİRİM TƏKLİFLƏRİ
Kaspi Təhsil Şirkətinin Kaspi Liseyləri ibtidai və orta təhsil pillələri üzrə 2021-2022-ci tədris ili üçün şagird qəbulu elan edir. Qəbul qaydalarında şagirdlər üçün əhəmiyyyətli ENDİRİM və GÜZƏŞT-lər nəzərdə tutulub.
Yeni tədris ilində həyata keçiriləcək yeniliklərlə bağlı Kaspi Liseyləri üzrə akademik koordinator Nəcməddin Mehtiyev məlumat verir:
-2021-2022-ci tədris ilində Kaspi liseylərinin VIII-XI siniflərində təhsil almaq istəyən şagirdlər üçün təqaüd imkanlarında hansı dəyişikliklər nəzərdə tutulub?
- Öncə şagirdlər 1 may tarixində keçiriləcək “Təqaüd” imkanları (endirim və güzəştlər) qazandıran Qəbul İmtahanında iştirak etməlidirlər. Müsabiqədə yüksək nəticə göstərən şagirdlər bu təqaüddən yararlana bilərlər. Bu il təqaüdlərimizin miqdarı xeyli yüksəldilib. Şagirdlər 25, 50 və 75 faiz güzəştlərlə, ən əsası tamamilə ÖDƏNİŞSİZ təhsil almaq hüququ əldə edə bilərlər.
VIII və IX sinifə qəbul olmaq istəyən şagirdlər arasında imtahanda ən yüksək nəticə göstərən 1 nəfər 75 faiz, 1 nəfər isə 50 faiz endirim əldə edir. X və XI sinfə qəbul olan şagirdlərdən isə ən yüksək nəticə göstərən 1 nəfər tamamilə ödənişsiz, 1 nəfər 75 faiz, 1 nəfər isə 50 faiz təhsil haqqında güzəşt əldə edir. 80 faizdən yüksək nəticə göstərən və nəticəsi ən yaxşı olan 5 şagirdə isə təhsil haqqında 25 faiz endirim qazanacaq.
- Təqaüd müsabiqəsi hansı qaydada keçirilir?
- “Təqaüd” müsabiqəsi 3 fənn (riyaziyyat, ingilis dili və Azərbaycan dili) üzrə imtahan yolu ilə keçirilir. Təqaüd endirmi 1 il üçün keçərlidir və növbəti tədris ili üçün yenidən müsabiqədə iştirak etməlidir. Hazırda Kaspi Liseylərində təhsil alan şagirdlər də “Təqaüd” müsabiqəsində iştirak edə bilərlər. Onlar üçün bu imtahan ödənişsizdir.
-X-XI siniflərdə təhsil alan şagirdlər üçün təqaüd endirimlərindən başqa hansı üstünlüklər var?
- Yeni tədris ili üçün X-XI siniflərdə təhsil alan şagirdlərin hamısı ENDİRİMLİ təhsil haqqından yararlana biləcəklər (Hər iki liseyimizdə 1400 AZN endirim). Burda məbləğ elə bir şəkildədir ki, bu şagirdlərin həm maddi, həm də akademik olaraq hər hansı kurslarda təhsil almasından və ya repetitor hazırlıqlarına getməsindən daha sərfəlidir. Ümumi təhsil haqqına məktəbli geyimi, gündəlik bir dəfə qidalanma və şagirdlərin əsas dərslikləri daxildir.
-Respublika fənn olimpiadalarının və fənn müsabiqələrinin qaliblərinə hansı güzəştlər şamil edilir?
- Respublika fənn olimpiadalarının və fənn müsabqilərinin qaliblərinə də güzəştlər nəzərdə tutulub. Respublika fənn müsabiqələrində VI-VII siniflərinin şagirdləri, fənn olimpiadalarında isə IX-X sinif şagirdləri iştirak edir. Bu müsabiqənin qalibləri “Təqaüd” müsabiqəsində iştirak etmədən birbaşa güzəştli və hətta ödənişsiz təhsil almaq hüququ da əldə edirlər. Fənn olimpiadalarının qalibləri qızıl və gümüş medalçılar – tam ödənişsiz, bürünc medalçılar isə 75 faiz güzəştdən yararlanacaqlar. Fənn müsabiqəsində I yer tutan - qızıl medal alan şagirdlər 75 faiz, gümüş və bürünc medal alan şagirdlər isə 50 faiz endirimdən faydalana biləcəklər.