Elimizə Novruz gəlir...
Təbiətin oyanışından xəbər verən bahar, ülvi niyyətlər bayramı olan Novruz Azərbaycan torpağına qədəm qoyur. Xalqımız əsrlər boyu yaddaşlara yoldaş olan bu bayramı bir-birindən maraqlı ayin, etiqad və mərasimlərlə zənginləşdirib. Novruz (farsca “yeni gün” mənasındadır) Şəmsi təqvimi ilə yeni ilin başlanması bayramıdır, yazda gecə ilə gündüzün bərabər olduğu günə təsadüf edir. Novruz bayramı əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və nikbin bayramlardan biridir. Novruz dünyəvi bayramdır. Novruz bayramı YUNECKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salanaraq dünya miqyasında qeyd edilir. Hər bir xalq bu bayramla bağlı özünəməxsus mövsümi nəğmələr, mərasimlər yaradıb. Novruz Azərbaycanla yanaşı, Qafqazda, İranda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir. Novruz bayramı, birlik, qardaşlıq bayramı, xalq şənliyidir. Novruz sərhədləri aşdıqca, millətlərin və xalqların bəşəri bayramına çevrildikcə, hərə bu bayramı öz məişəti ilə bağlamağa çalışıb və Şərq dünyasında Novruzla bağlı müxtəlif mülahizələr, adət-ənənələr, mərasimlər, əfsanə və rəvayətlər yaranıb. Şərq xalqları Novruzu yeni ilin başlanğıcı hesab edərək onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdiriblər. Bahar bayramının kütləvi el şənlikləri və mərasimlərlə dövlət səviyyəsində keçirilməsi və yurdumuzun hər bir guşəsində sonsuz sevinclə qarşılanması milli müstəqilliyimizin bizə bəxş etdiyi nailiyyətlərdəndir. Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan və qəlbləri Azərbaycanla birgə döyünən soydaşlarımız da bu əziz günü bizimlə bərabər qeyd edirlər.
Minillik qan yaddaşımızdan süzülüb gələn Novruz bayramı müxtəlif təqiblərə, qadağalara baxmayaraq, xalqımız tərəfindən daim qorunub, uca tutulub, böyük sevgi ilə qeyd edilib.
Həmişə olduğu kimi, bu Novruzda da ürəklər arzu, istəklə doludur. Adət-ənənələrindən tutmuş rəmzlərinədək Novruzun hər bir əlaməti arzu, dilək carçısıdır.
Azərbaycan xalqı bu il Növruzu tamam fərqli ab-hava ilə qarşılayır. 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da Novruz bayramının qeyd edilməsinin sevincini yaşayırıq. O torpaqlarda tonqal qalanır, səməni cücərdilir, yurd yerlərimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhuna dualar oxunur.
Türk dünyasına yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən seviləni olan Novruz bayramınız mübarək!