Kaspi Liseylərinin şagirdləri "İstiqlal Marşı"nı səsləndirdi
Türkiyə Böyük Millət Məclisinin qərarına əsasən 2021-ci il Türkiyədə “İstiqlal Marşı ili” elan edilib. 2021-ci il boyu ”İstiqlal Marşı”nın və “Azadlıq müharibəsi”nin əhəmiyyətini geniş kütləyə çatdırmaq məqsədilə milli şair Mehmet Akif Ersoyun “İstiqlal Marşı”nın 100-cü yaşı qeyd olunur.
“İstiqlal Marşı”nın dünyaya meydan oxuyan bir müqavimət dastanı olduğunu vurğulayan Əsasnamədə Mehmet Akif Ersoyun misralarının milli mübarizənin ruhunu əks etdirməsi ilə bərabər bir coşğu və həyəcanı da əks etdirdiyi geniş ifadə olunub. “İstiqlal Marşı”nın yubileyi münasibətlə qardaş Türkiyədə, həm də xaricdə bir sıra tədbir və proqramların keçirilməsi nəzərdə tutulub.
Bakı Atatürk liseyi pandemiya şərtlərinə uyğun olaraq Himnin yubileyi münasibətilə xüsusi videoçarx hazırlayıb. Belə ki, 41 bəndi olan ”İstiqlal Marşı” 41 müxtəlif məktəb şagirdinin iştirakı ilə səsləndirilib. İştirakçılar arasında Kaspi Təhsil Şirkətinin, Kaspi Ağ Şəhər Liseyinin və Bakıxanov filialının şagirdləri də yer alıb.
Videoçarx Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin rəsmi səhifəsində, o cümlədən layihəyə qatılan məktəblərin facebook səhifəsində paylaşılıb.