XƏBƏRLƏR

Məktəb psixoloqundan valideynlərə dəstək

Kaspi Təhsil Şirkətinin Bakıxanov filialında Liseyin VI-XI sinif şagirdlərinin valideynləri üçün “Yeniyetmə valideyniyəm” adlı təlim keçirilib. Təlimdə yeniyetməlik yaş dövrünün xüsusiyyətləri, inkişaf və böyümədəki dəyişikliklərin psixoloji aspektləri valideynlərin diqqətinə çatdırılıb.

Kaspi Bakıxanov filialının psixoloqu Ayşən Bayramova bildirdi ki, təlimdə yeniyetməlikdə özünü aktuallaşdırma, dostluq münasibətləri, yeniyetmə-valideyn münasibətləri və s. mövzular yer alıb: “Eyni zamanda, yeniyetməlikdə depressiya, intihar mövzuları ilə bağlı maarifləndirmə aparıldı, valideynlərin üzərinə düşən vəzifələr haqqında danışıldı”.

Qeyd edək ki, oxşar təlim Liseyin I-V sinif valideynləri üçün də keçirilib. “Övladım üçün” adlı təlimdə uşaqların yaş-inkişaf xüsusiyyətləri valideynlərin diqqətinə çatdırılıb, davranış problemləri, ünsiyyət xətaları, dərs çalışma alışqanlıqlarının qazanlıması kimi mövzularda valideynlərin həyata keçirə biləcəkləri işlər haqqında danışılıb: “Bundan başqa, təlim zamanı boşanma, ölüm mövzusu, cinsi tərbiyə məsələlərinə də toxunuldu və bu mövzularda valideynlərə ətraflı məlumat verildi”- deyə A.Bayramova bildirdi.

Validenlərlə bu tip təlimlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.

 

03.03.2021