XƏBƏRLƏR

10 ilin uğurlu hesabatı

 

Kaspi Təhsil Mərkəzinin “Kaspi Kursları Əhmədli” filialı 10 illik yubileyini qeyd edir. 2011-ci ilin fevralın 18-də qapılarını şagirdlərinin üzünə açan mərkəzdə Abituriyent hazırlığı, Poliqlot, Məktəbəqədər hazırlıq üzrə xidmət sahələri fəaliyyət göstərir. Bu müddətdə hər il yüzlərlə məzun filialın xidmətlərindən bəhrələnərək tələbə adını qazanıb və təhsil pillələri ilə irəliləyib. Filialın bu illərin yekunu olaraq verdiyi hesabat çox uğurludur. KTŞ-nin “Kaspi Kursları Əhmədli” filialının direktoru Rövşən Abbasov Abituriyent hazırlığı kurslarında təhsil alan məzunlarımızın yüksək bal toplayaraq ölkənin nüfuzlu ali məktəblərinə qəbul olunduğunu qeyd edir. Belə ki, filialın məzunlarından Nərmin Balakişiyeva 700 bal (maksimum nəticə) toplayaraq Prezident təqaüdü ilə Azərbaycan Tibb Universitetinə qəbul olub. Bundan əlavə, məzunlarımız arasında hər il BAN, PİA, ADA, BDU, ATU kimi bir çox ali məktəblərə yüksək balla qəbul olanlar da var.

Əhmədli filialının Poliqlot xidməti mərkəzin uğurlu məhsullarından hesab edilir. Burda  müxtəlif yaş qrupları üzrə ingilis və rus dillərində hazırlıqlar təşkli olunur. “Hazırlıqlar həm aşağı, həm yuxarı yaş qruplarını əhatə edir. O cümlədən, həm qrup, həm fərdi qaydada həyata keçirilir. Filialda yay fəslində dil hazırlığı üzrə yay məktəbləri də təşkil olunur”.

“Mövcud vəziyyətlə bağlı fəaliyyətimiz həm distant, həm də əyani olaraq həyata keçirilir. Hal-hazırda mərkəzimiz kompleks formada təhsil pillələri üzrə bağça, məktəbəqədər hazırlıq, abituriyent və dil hazırlıqları üzrə fəaliyyətini davam etdirir. İndiyə qədər olduğu kimi, bu gündən sonra da filialımız vətəndaşlarımıza yüksək səviyyəli xidmət göstərməyi qarşısına məqsəd qoyub”- deyə direktor bildirir. 

Kaspi KİDS Əhmədli filialının rəhbəri Nigar Aşurova fəaliyyəti dövründə filialın bir çox nəaliyyətlər əldə etdiyini qeyd edir: “Çoxlu dostlar, valideynlər qazanmışıq. Keyfiyyətli təhsilimiz və peşəkar kollektivimizin bacarığı ilə kiçikdən büyüyə hər kəsin sevgisinə və inamina layiq olmuşuq. Bizim üçün əsas məqsəd valideynlərin və burada təhsil alanların məmnuniyyətidir. Qazanılan uğurlar bizi daha da ilhamlandırır. Bu baxımdan, yubileyimizi sonsuz sevinclə qeyd edirik. İnanırıq ki,  bu günün 10 ili gələcəyin 1 əsridir”.

Əhmədli Bağça Kaspi Təhsil Şirkətinin ən kiçik üzvüdür. «Bağçamız özünə inamlı, bilikli, humanist hisslər daşıyan, vətənpərvər nəslin yetişdirilməsi məqsədi daşıyır”- deyən bağçanın rəhbəri Kəmalə Quliyeva bildirir ki, günümüzdə yeni təhsil yanaşmaları 3-6 yaşlarda alınan təhsilin vacibliyini önə çəkir: “Usagin gələcək müvəffəqiyyətinin təməli məhz bu yaşlarda bağçada alacağı məktəbəqədər təhsillə qoyulur. İşimizdə açar söz uşağa sonsuz sevgidir. Bağçamızda uşaqların fiziki, idarki, sosial və yaradıcı inkişafı üçün əlverişli mühit vardir. Müxtəlif məşğələlər onlara yeni bilik və bacarıqlar aşılamaqda komək edir. Uşaqları sevir, gələcəyi bilikli görməyi arzulayırıq”.

Qeyd edək ki, Əhmədli filialı 2019-cu ildə yüksək nəaliyyətlərinə görə “İlin filialı” elan edilib.

“Kaspi Kursları Əhmədli” filialının bütün əməkdaşlarını yubiley münasibətilə təbrik edirik!

 

23.02.2021