Müəllimlərin təkmilləşdirmə təlimlərinə start verildi
Kaspi Təhsil Şirkətinin Kaspi Liseylərinin müəllim kollektivi üçün təkmilləşdirimə təlimləri təşkil olunub. Təlimlərin məqsədi birinci yarımildə dərs müşahidələri zamanı inkişafa ehtiyac olan sahələr üzrə pedaqoji nəzəriyyələri kollektivə çatdırmaq, qabaqcıl təcrübələri paylaşmaq və müzakirələr aparmaqdır.
Təlimlər həm Liseylərimizdə çalışan təcrübəli müəllimlər, həm də xarici mütəxəssislər tərəfindən aparılacaq.
27-29 yanvar tarixlərində təşkil olunan təlimlər “Zoom” proqramı üzərindən həyata keçirilir.