XƏBƏRLƏR

Kaspi Liseylərinin məzununun zamansız vəfatı bütün kollektivi sarsıtdı.

Kaspi Təhsil Şirkətinin rəhbərliyi və kollektivi Liseyimizin 2018-ci il məzunu və Kaspi Liseyinin direktor müavini Namiq Əmirovun övladi Aysel Əmirovanın itkisini kədər və dərin hüzünlə qarşıladı. Aysel hər birimizin sevimlisi və Liseyimizin ən çalışqan şagirdlərindən biri idi.
Aysel 2018-ci ildə Kaspi Liseyi Bakıxanov filialından məzun olub, Bakı Mühəndislik Universitetinin Pedaqoji fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olmuşdu.
Dərslərinə və təhsilinə qarşı məsuliyyəti və nümunəvi davranışı ilə daima seçilən şagirdimizin itkisi hər birimiz üçün ağırdır.
Kollektiv adından ailəsinə və sevənlərinə böyük kədər hissi ilə başsağlığı veririk.
Məkanı cənnət olsun! Allah rəhmət etsin!
16.01.2021