XƏBƏRLƏR

Xarici universitetlərə açılan qapı

 

Kaspi Liseylərinin xarici universitetlərə hazırlıq bölməsi  TOEFL, IELTS və SAT imtahanlarına şagirdlərinin tam hazırlığını uğurla həyata keçirir. Xaricdə təhsil almaq üçün mütləq olan imtahanları uğurla vermək istəyən və yüksək bal toplayan şagirdlər üçün nəzərdə tutulan imtahanlara hazırlıq liseydə qrup şəklində aparılır. Belə ki, xarici ölkədə ali məktəbə daxil olmaq üçün yalnız ingilis dilini dərindən öyrənmək deyil, həm də imtahanları uğurla vermək, beynəlxalq imtahanlar formatına vərdiş etmək üçün “üsulları” bilmək zəruridir.

Kaspi Ağ Şəhər Liseyinin X-XI sinif şagirdlərinin bu günlərdə beynəlxalq imtahanlar üzrə yüksək nəticələr əldə etməsi bu uğura yaxşı nümunədir.

Qeyd edək ki, TOEFL, IELTS və SAT imtahanlarında yüksək nəticə toplamaq şagirdlərdən böyük diqqət hazırlıqlı olmaq tələb edir. Belə ki, ABŞ universitetlərinin qəbul imtahanı olan və dünyanın bir çox ali məktəblərində qəbulda əsas götürülən SAT imtahanları üçün şagirdlərin riyaziyyat və ingilis dili bilikləri əsasdır. Xarici universitetlərə qəbulda əsas şərt olan IELTS və TOEFL imtahanlarına gəlincə, şagirdlər ingilis dilindən yazı (Writing), oxu (Reading) və dinləmə (Listening) səviyyələri üzrə test imtahanı verib biliklərini yoxlayırlar. Kaspi Liseyi Ağ şəhər filialının IX-XI siniflər üzrə direktor müavini Elvin İsgəndərov bildirir ki, Kaspi Liseyində bu imtahanlar üzrə hazırlıq və ingilis dili hazırlıq bölməsi fəaliyyət göstərir: “Övladlarını xarici universitetlərdə oxutdurmaq istəyən valideynlər bizə müraciət edirlər. O şagirdlərin riyaziyyat və ingilis dili bacarıqlarını yoxlayır, diaqnostik test edirik. Əgər bilikləri lazım olan səviyyəyə cavab verirsə, onları qəbul edirik. Əgər IELTS və ya SAT kurslarına başlamağa şagirdin ingilis dili biliyi və səviyyəsi uyğun deyilsə, o zaman Pre-IELTS və Pre-SAT kurslarından faydalanaraq lazım olan səviyyəyə çatıb və daha sonra IELTS və SAT kurslarına başlayır”. E.İsgəndərov liseyin beynəlxalq imtahanlardan yüksək bal toplayan şagirdlərindən danışaraq hazırda onların sənədləşmə işlərinin həyata keçirildiyini deyir: “Hazırda XI sinif şagirdlərinin sənədləşmə işləri aparılır. Sənədlər hazır olandan sonra xarici universitetlərə müraciət olunacaq. Digər şagirdlərin də qəbul imtahanlarında iştirak etmək üçün hazırlıq proseslərii davam edir”. 

Kaspi Liseyi Bakıxanov filialının tədris işləri üzrə müdir müavini Namiq |Əmirov da çalışdığı liseyin SAT hazırlığı bölməsinin qəbul imtahanlarında yüksək bal toplayan şagirdlərinin hazırda sənədləşmə işlərinin həyata keçirildiyini bildirir: “Şagirdlər imtahanlarda yüksək nəticələr əldə ediblər. Növbəti qəbul imtahanları elan olunanda digər şagirdlər də imtahanlarda iştirak edəcəklər”.

Kaspi Liseyləri üzrə beynəlxalq imtahanların nəticələrini təqdim edirik:

SAT imtahan nəticələri:

 

1. Əsmər Aydəmirli- XI sinif (Ağ Şəhər filialı) -1490

2. Tural Niftalıyev -XI sinif (Bakıxanov filialı)   - 1230

3. Ayxan Əlizadə -XI sinif (Bakıxanov filialı)   - 1310

4. Aydan Əlləzova - XI sinif (Bakıxanov filialı)   -1220

5. Nəzrin Bəşirli - XI sinif (Bakıxanov filialı)   - 1260

 

IELTS imtahan nəticələri:

 

1. Ayhan Səmədov  -     XI (Ağ Şəhər filialı) -7

2. Elnur Manafov     -    XI (Ağ Şəhər filialı)  -7

3. Şəlalə Abbasova   -    XI (Ağ Şəhər filialı)  -6.5

4. Fərzalı Abbasov   -    XI (Ağ Şəhər filialı)  -6.5

5. Nərgiz Bəşirova   -     X (Ağ Şəhər filialı)  -8

6. Fərhad Süleynabzadə-X (Ağ Şəhər filialı) - 6.5

7. Ayxan Əlizadə         - XI (Bakıxanov filialı)  - 7

 

 

 

 

 

 

 

 

12.01.2021