Laçınım...
Laçın rayonu işğaldan azad edildi
Müzəffər Azərbaycan Ordusu dünya hərb tarixinə yeni səhifələr yazır. Rəşadətli ordumuz Qarabağda əldə edilən böyük QƏLƏBƏdən sonra işğal altındakı torpaqlarımızı qaytarmağa davam edir. Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. Ağdam və Kəlbəcərdən sonra xalqımız Laçın rayonunun işğaldan azad edilməsinin böyük sevincini yaşayır.
Xalqımızın Laçın duyğulu xəyalları gerçək oldu. Yurdumuzun ən səfalı, tarixi bölgələrindən biri də erməni vandalizminin əsarətindən xilas edildi.
“Laçınım” deyə mahnılarda harayı eşidilən, 1992-ci ilin 18 mayından hər il işğal tarixi qeyd edilən rayonun bundan sonra azad edilməsini bayram edəcəyik. Bu tarix dərsliklərə yazılacaq, tədqiqatlara çevriləcək, bədii əsərlərdə əbədiləşəcək, ekran əsərlərində tarixləşəcək.
Kaspi Təhsil Şirkəti olaraq bütün xalqımızı, Müzəffər Ali Baş Komandanımızı və rəşadətli ordumuzu təbrik edirik! Bu gün dünyanı heyrətə gətirən Azərbaycanın haqq-ədalət uğrunda şanlı zəfərlərinin əsas səbəbi xalqla dövlətin, Prezidentin, ordumuzun birliyi, həmrəy olmasıdır.
Qarabağ Azərbaycandır!