XƏBƏRLƏR

"Kaspi"nin Lənkəran Nümayəndəliyinin məzunu şəhid oldu

Ermənistan silahlı qüvvələrinə qarşı davam edən şiddətli döyüşlərdə Allahverdiyev Samir Elçin oğlu şəhid olub.

Samir Allahverdiyev 7 iyun 2001-ci il tarixdə Lənkəran şəhərində anadan olub. 2017-2018-ci tədris ilində Kaspi Təhsil Mərkəzinin Lənkəran Nümayəndəliyində abituriyent hazırlığı keçib.

Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan məzunumuz manqa komandiri kimi müharibə başlanan günə qədər Ağcabədi rayonunda hərbi xidmətdə olub.

Düşmən hücumunun qarşısını alarkən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizin igidliyi Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır.

Kaspi Təhsil Şirkəti şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

27.10.2020