XƏBƏRLƏR

Kaspi rəhbərliyi Emin Əmrullayevlə görüşdə iştirak etdi.

Avqustun 20-də Təhsil naziri Emin Əmrullayev Bakı və regionlarda yerləşən özəl təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə videokonfrans keçirib.

Görüşdə Təhsil naziri koronavirus pandemiyası dövründə 2020/21-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.

Görüş zamanı çıxış edən özəl təhsil müəssisələrinin rəhbərləri yeni tədris ili ilə bağlı fikirlərini bildiriblər. Həmçinin təklif olunan modellər haqqında müzakirələr aparılıb. Qeyd edək ki, bu görüşdə Kaspi Təhsil Şirkətinin baş direktoru Elnur Əliyev, Kaspi Liseyi Ağ Şəhər filialının direktoru Səbinə Əliyeva və Kaspi Liseyi Bakıxanov filialının direktoru Sahil Əliyev də iştirak ediblər.
Göstərdiyi təşəbbüsə görə cənab Nazirə təşəkkürlərimizi bildiririk.

20.08.2020