XƏBƏRLƏR

Məzunlarımızın uğurları davam edir.

Yarandığı ildən bəri keyfiyyətli milli təhsil şüarını özünə rəhbər tutan Kaspi liseyləri,  həm savadlı, həm də milli dəyərlərə sadiq məzunlar yetişdirməyə davam edir. 
 
İlk məzun buraxılışından etibarən, hər il 100%-lik qəbul statistikasını qoruyub saxlayan Liseylərimiz bu ildə uğura doğru irəliləyir. 
 
Ən nüfuzlu xarici universitetlərdən qəbul alan  məzunlarımız bu ilki nəticənin də ən az ötən ilkilər qədər uğurlu olacağından xəbər verir.
 
İki Liseyimizdən bu il məzun olan şagirdlərdən artıq 8-i xarici universitetlərə qəbul alıb. Həmin şagirdlərimizə gələcək həyatında bol uğur və müvəffəqiyyət arzulayırıq. Liseyimizin aşıladığı dəyərləri daim öz üzərlərində hiss edəcək və xarici ölkələrdə də vətənimizi layiqincə təmsil edəcəklərinə əminik.
 
Xarici universitetlərə qəbul olan şagirdlərimizi Sizə təqdim edir, ən qısa zamanda bütün şagirdlərimizin qəbulu ilə sizi tanış etməyi səbirsizliklə gözləyirik.
 
- Amin Kərimli Bremen, Jacobs University
 
- Nigar Valehli Böyük Britaniya, New Castle University
 
- Ramin Oruclu Amerika, University of South Florida 
 
- İmaməli Əzizov Türkiyə, Bilkent University
 
- Nəcəf Əhmədzadə Niderland, University of Twente
 
- Əmirrza Fəxim Qəməri Nəmin Macarıstan, University of Szeged
 
- Elmir Ələkbərli Türkiyə, TED, Koç, Sabancı, Bilkent, ODTÜ universitetləri
 
- Əzizağa Hüseynov Türkiyə, Medipol University
30.07.2020