Dərslərimizi bitirdik, məktəbə hazırıq!
Ölkəmizdə və dünyada yaşanan qlobal pandemiya təlaşı övladlarımzı təhsil müəssisələrindən və müəllimlərindən uzaq saldı.
Gözlənilməz dəyişikliklərə və proseslərin sürətli cərayan etməsinə baxmayaraq Kaspi Təhsil Şirkətinin müəssisələri yaranmış vəziyyətə cəld bir şəkildə uyğunlaşa bildi. Həmçinin Kaspi Kids müəsisələri də kiçik şagirdlərimizi ruhdan düşməyə qoymaraq, vaxtında həmlə edərək distant təhsilə keçid etdi.
Bütün bu müddət ərzində şagirdlərimizin öyrəndiklərini unutmamaları üçün onlayn materiallar və test tapşırıqları göndərildi, növbəti tədris ilində məktəbə tam hazır başlaya bilmələri və müəllimlə ünsiyyət vərdişini itirməmələri üçün Zoom platforması üzərindən onlayn dərslər keçirildi, video materiallar göndərildi və ən önəmlisi sosial həyatdan kənar qalan balalarımızın evdə darıxmaması üçün müəllimlərimiz tərəfindən onlar üçün bir-birindən maraqlı oyunlar təşkil edildi, nağıllar və hekayələr lentə alındı.
Cəmiyyətə fayda verməyi başlıca məqsədlərindən biri elan edən Kaspi Təhsil Şirkəti ölkəmiz üçün gərgin bu günlərdə təhsilimizə və vətəndaşlara faydalı olmaq məqsədi ilə bütün bu sadalanan tapşırıq və materialları sosial şəbəkələr vasitəsi ilə yalnız öz şagirdlərinə deyil, ümumi istifadə üçün hamıya açıq paylaşdı.
Bu dövrdə Kaspi Kids Məktəbəqədər hazırlıq kursları tərəfindən görülən işlərin bir qismini sizə təqdim edirik.
