XƏBƏRLƏR

Abituriyentlərə müraciət

 

Hörmətli valideynlər!

Əziz abituriyentlər!

. Virusun daha çox yayılmasına mane olmaq məqsədilə dovlətimiz tərəfindən  atılan bu addımları biz də tam dəstəkləyir və öz üzərimizə düşən məsuliyyəti tam qəbul edirik. Bütün əməkdaşlarımıza, valideynlərimizə və abituriyentlərimizə qəbul olunan qərarlara əməl etmələrini tövsiyə edirik. Çünki hamımız bilməliyik ki,məhz doğru və müsbət işlərimiz və qərarlarımız, bizə daha uğurlu nəticələr gətirəcək, həm özümüz və ailəmiz, həm də xalqımız və ölkəmiz üçün faydalı olacaqdır.

Distant (Onlayn) tədrisi  uğurla davam etdirmək üçün   mövcud platformalar tam olaraq araşdırılır  və  hazırda daha səmərəli,nisbətən sadə və istifadəsi münasib olan  ” təhsil platformasından istifadə edilir. Bu təhsil alətləri ilə bağlı bütün əməkdaşlarımız, müəllimlərimiz, valideynlərimiz və şagirdlərimiz üçün video təlimatlar hazırlayıb artıq sizlərə təqdim etmişik.Müəllimlərimiz  müvafiq platforma da  canlı dərs keçir və   dərs materialları – konspektlər, video izahlar, tapşırıqlar, kuiz və sınaqlar abituriyentlərimizə göndərilir, müəllimlər dərslərlə bağlı qeydlərini edir.Müəllimlərimizin fəaliyyəti dərsin keyfiyyətli təşkilinə, məzmun və materialların çeşidli olmasına və şagirdlər üçün səmərəli öyrənmə mühitinin yaradılmasına yönəlmişdir.

Distant təhsil üz-üzə təhsillə müqayisədə daha mürəkkəb bir proses olduğu üçün bizim valideynlərin dəstəyinə ehtiyacımız var. İlk növbədə, hər bir abituriyent üçün texniki – kompüter və internet təminatı vacibdir. Bundan başqa abituriyentlərin dərsə vaxtında qoşulması və iştirakı, eləcə də tapşırıqların yerinə yetirməsi və çalışqanlığı ilə bağlı sizin nəzarətiniz olduqca əhəmiyyətlidir.

Onlayn təhsilin təşkili və prosesə nəzarət əvvəllər olduğu kimi məsul əməkdaşlarımız tərəfindən tam ciddiyyəti ilə yerinə yetirilir: əməkdaşlarımız bütün məsuliyyəti ilə işlərinin başındadır, müəllim, valideyn və şagirdlərin suallarına cavab verir, onlara yardımçı olurlar. Məqsədimiz abituriyentlərimizin Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindənkeçiriləcək Buraxılış və Qəbul imtahanlarında yüksək nəticə əldə etməsinəvə arzuladıqları ali təhsil müəssisəsinə qəbul olmalarınaşərait yaratmaqdır. Buna nail olmaq üçün isə inzibati və müəllim heyətimizin valideyn və şagirdlərlə birgə, qarşılıqlı əməkdaşlığını düzgün, sistemli, ardıcıl və hərtərəfli qurmalıyıq.

Biz, tezliklə pandemiyanın sona çatacağını, xalqımızın birlikdə çətinliklərin öhdəsindən gələcəyinə, yenidən normal həyatımıza qayıdacağımıza ümid edirik. Allahdan xalqımızı və ölkəmizi xəta və bəlalardan hifz etməyini diləyirik.

Sizlərlə tez bir zamanda görüşmək arzusu ilə!

 

Hörmətlə, Kaspi Abituriyent

19.04.2020