XƏBƏRLƏR

Kaspi Liseylərinin şagirdləri dərslərindən geri qalmır.

Kaspi Təhsil müəsisələrində daima prioritet şagirdlərimizin sağlamlığı və konfortu olmuşdur. Eyni zamanda şagird müəllim qarşılıqlı münasibətlərini daima diqqətdə saxlayır, şagirdlərimizin özünü maksimal dərəcədə rahat hiss etməsinə onlarla təhsil arasında heç bir əlavə nüansların girməməsinə çalışırıq. Məhz buna görə də Təhsil Nazirliyi tərəfindən mövcud şəraitlə bağlı verilmiş qərara vaxtında adekvat reaksiyanı verən müəsisələrdən biri də Kaspi olmuşdur. 
Lakin, indiki gəncliyin, bizim, ölkəmizin gələcəyi olduğu reallığını qəbul edərək onların təhsildən geri qalmalarının yol verilməz olduğunu qəbul edirik. Bundan dolayı şirkətin akademik rəhbərliyi karantin elan edildikdən dərhal sonra, tədrisə ara vermədən yeni  müvəqqəti tədris sisteminə keçdi.
 
Hal-hazırda da koronavirus pandemiyası ilə bağlı təhsildə yaranmış fasilə zamanı Kaspi Liseyinin akademik heyyəti aşağıdakı qeyd olunan mərhələlər üzrə tədrisi davam etdirir.
1-ci mərhələ - 3 - 9 mart tarixləri arasında (Nazirlər Kabinetinin ilk elan etdiyi tətil müddəti) bütün siniflər üzrə möhkəmləndirmə xarakteri daşıyan fəaliyyətlər həyata keçrilib: buna e-kaspi üzərindən yazı işləri, layihə və digər tapşırıqlar daxildir.
2-ci mərhələ - 10 - 19 mart tarixləri arası 5-8-ci siniflər üzrə möhkəmləndirmə, 9-11-ci siniflər üzrə isə yeni dərslərin distant formada dərslər təşkil edilmişdir. Virtual siniflərdə canlı dərslər təşkil edilmiş, yeni dərslərin izahı və verilmiş tapşırıqların müzakirəsi və s. fəaliyyətlər əhatə olunmuşdur.İbtidai siniflər üzrə isə şagirdlərin yaşı nəzərə alınaraq sadəcə möhkəmləndirmə tapşırıqlarının verilməsi və tapşırıq əsasında şagirdlərə əks əlaqələrin verilməsi həyata keçrilib.
 
3-cü mərhələ - 30 martdan etibarən bütün siniflər üzrə virtual siniflərdə yeni mövzuları əhatə edəcək formada canlı dərslər təşkil edilir.
- Əlavə olaraq bütün siniflər üzrə tədris edilən mövzuların video dərsləri Youtube portalı üzərindən Kaspi Distant kanalı vasitəsilə yayımlanır. Məqsəd Kaspi liseyinin şagirdlərilə yanaşı bütün şagirdlərə faydalı tədris materiyalları mənbəsi formalaşdırmaqdır.
- Şagirdlərin tədris resurslararına (online quiz, vieo və s.) çıxışını dahada təkminləşdirmək məqsədilə 1 aprel tarixindən etibarən isə "Google classroom" platforması üzərindən virtual siniflər yaradılıb, şagird və müəllimlər siniflərinə uyğun formada əlavə edilib. Platforma şagir- müəllim və şagird-şagird ünsiyyətini təkminləşdirmək və layihə, tapşırıq və s. fəaliyyətləri yükəsk səviyyədə təşkil etməyə imkan verir.
09.04.2020