XƏBƏRLƏR

"SABAHIN ALİMLƏRİ" IX Respublika müsabiqəsində iştirak edən komandamız Liseylərimizə əli dolu qayıtdı!

“SABAHIN ALİMLƏRİ” IX Respublika müsabiqəsində iştirak edən komandamız Liseylərimizə əli dolu qayıtdı!

Belə ki, 11-13 fevral tarixində təşkil olunan olimpiyada da 187 şagird iştirak edirdi. SABAHIN ALİMLƏRİ olimpiyadasında da şagirdlərimiz dəfələrlə iştirak etmiş və uğurlu nəticələr əldə etmişdir. Qeyd etmək istərdik ki, Liseyimizdə Robotexnika üzrə əlavə bacarıqlara yiyələnən şagirdlərimiz dəfələrlə Amerika, Avropa və Asiyanın bir çox şəhərlərində olimpiyadalarda iştirak etmiş və nəticələr əldə etmişdir. Komandamızın sonuncu naİliyyəti isə ABŞ-da keçirilən Genius olimpiyadasında qazanılan birincilik olmuşdur.

“SABAHIN ALİMLƏRİ” IX Respublika müsabiqəsində isə komandamız kompüter elmləri kateqoriyasında 3-cü yerə layiq görülmüşdür. Onların layihəsi, şagirdlərə süni intellekt vasitəsilə təhsili daha maraqlı edən bir tətbiqetmə idi.

Şagirdlərimiz, Aqşin Əlisoy ( 9-cu sinif şagirdi) və Züleyxa Salahovanı ( 10-cu sinif şagirdi) qazandığı uğurlar münasibəti ilə təbrik edir, gələcək fəaliyyətlərində və təhsillərində uğur arzulayırıq!

13.02.2020