XƏBƏRLƏR

Kaspi Gənclər gününü qeyd etdi.

1 fevral tarixində Kaspi Lisey məzunları Gənclər gününü qeyd etdi.
Tədbirdə Liseyin müəllim heyyəti ilə yanaşı şirkət rəhbərliyi də iştirak edirdi.
Tədbirin aparıcılarının təklifi ilə tədbirin açılış nitqi üçün söz, Sona xanım Veliyevaya verildi. Sona xanım məzunları yenidən doğma evlərində görməyinə çox şad olduğunu bildirib, məzunları Gənclər günü münasibəti ilə təbrik etdi.


Daha sonra söz Kaspi Təhsil Şirkətinin baş direktoru Elnur Əliyeva verildi. Elnur müəllim məzunlara ən xoş arzularını bildirdi.
Tədbirin irəliləyən dəqiqələri bir birindən maraqlı oyunlar və rəqslərlə yadda qaldı.
Məzunlarımız qismində bütün gəncləri təbrik edir bol müvəffəqiyyət arzulayırıq.

01.02.2020