XƏBƏRLƏR

Kaspi Təhsil Şirkəti Xəzər Teleradio Yayım Şirkətinin dəstəyilə Jurnalistlər üçün İngilis dili təlimlərinə start verir.

Kaspi Təhsil Şirkəti Xəzər Teleradio Yayım Şirkətinin dəstəyilə Jurnalistlər üçün İngilis dili təlimlərinə start
verir.
Artıq 12 ildir təhsil sahəsində fəaliyyətini uğurla davam etdirən Kaspi Təhsil Şirkəti, Xəzər Teleradio Yayım
Şirkətinin dəstəyilə jurnalistlər üçün peşəkar ingilis dili kurslarına start verir.
Kaspi Polyglot dil kursları nəzdində təşkil olunacaq ingilis dili kurslarının əsas məqsədi Azərbaycanın
bacarıqlı jurnalistlərinin ingilis dili biliklərini artırmaq və inkişaf etdirməkdir. Kütləvi informasiya vasitələrinin
nümayəndələri olaraq jurnalistlərin mükəmməl ingilis dilinə sahib olması:
Müstəqil dövlətimizin hər tərəfli inkişafı barədə həqiqətlərin dünyaya yayılması;
Qarabağ haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması;
Xalqımızın zəngin mədəniyyəti və tarixi barədə məlumatların ingilis dilində dərc olunması kimi
məqsədlərə xidmət edəcəkdir.
Jurnalistlərin ingilis dili bilikləri həmçinin, dünya xəbərlərinin Azərbaycanda da operativ və düzgün
yayılmasına, Azərbaycan jurnalistikasının beynəlxalq jurnalistika qurumları ilə inteqrasiyasına və təcrübə
mübadiləsinə də stimul verəcək.
Təlimdə iştirak etmək üçün 40 jurnalist seçilərək ingilis dili bilik səviyyəsinə görə 4 qrupa bölünəcək. Tədris 6
ay ərzində davam edəcək və yekunda ingilis dili imtahanından uğurla keçən jurnalistlər sertifikat əldə
edəcək.
Təlimdə iştirak etmək istəyən jurnalistlər öz tərcümeyi-halını, jurnalist vəsiqəsinin sürəti və ən maraqlı
hesab etdiyi 3 yazısını və ya video süjeti (audio yazısını) media@kaspi.edu.az emailinə göndərməlidir.
Müraciətlər 30 noyabr tarixinə qəbul olunacaq.
Dekabr ayının əvvəlində jurnalistlərin ingilis dili bilik səviyyələrini ölçmək məqsədilə imtahan keçiriləcək.
Nəticələr və təlimlərdə iştirak edəcək jurnalistlərin seçimi xüsusi təşkil olunan Komissiya tərəfindən
dəyərləndiriləcək. Komissiyanın tərkibi Kaspi Təhsil Şirkətinin rəhbərliyi, Xəzər Teleradio Yayım Şirkətinin
nümayəndəsi, Mətbuat Şurasının nümayəndəsi, müstəqil ekspertlər və ictimai xadimlər iştirakı ilə
formalaşacaq. Dərslər yanvar ayının əvvəlində başlayır və həftədə 2 dəfə axşam saatlarında olmaqla iyun
ayının sonuna qədər davam edəcək.
Kaspi Təhsil Şirkəti və Jurnalistlər üçün peşəkar ingilis dili təlimləri haqqında daha ətraflı məlumat əldə
etmək üçün əlaqə nömrəsi:
Zibeydə İbrahimova, Kaspi Təhsil Şirkətinin PR meneceri, Tel.: +994 55 205 12 64
 
12.11.2019