XƏBƏRLƏR

"Kaspi" Liseyləri Məzun gününü qeyd etdi.

18 İyun tarixində, “Kaspi” Liseyi Ağ şəhər filialının birinci, Bakıxanov filialının isə 3-cü buraxılış məzunlarını yola saldı. Tədbir “Kaspi” şagird-müəllim heyyətinin, dövlət rəsmilərinin və media nümayəndələrinin iştiraki ilə keçirildi.

 

Azərbaycan  Dövlət Musiqili Teatrının pərdələri dövlət himni ilə qalxdı və “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona xanım Vəliyevanın nitqi ilə dəvam etdi. Sona xanım qeyd etdi ki, “Kaspi” artıq 4-cü ildir məzun buraxılışını qeyd edir və liseyin şagirdlərinin əksəriyyətinin artıq xarici universitetlərdən qəbul almağı artıq əvvəlki illərdə olduğu kimi bu il də 100%-lik qəbul nəticəsinin olacağından xəbər verir.

Tədbir boyu nümayiş olunan , məzunlar tərəfindən hazırlanmış “Müdrik insan”, “Ümid yolu” kimi səhnələr tədbirin yadda qalan anlarından oldu.

Tədbirdə həmçinin əməkdar artist Lale Məmmədovada çıxış etdi.

Tədbir məzunların məzun papaqlarını göyə atmaqları ilə yekunlaşdı.

18.06.2019