XƏBƏRLƏR

"KASPİ" müəllimlərin işə qəbulunu elan edir.

"KASPİ" müəllimlərin işə qəbulunu elan edir.
“Kaspi” Təhsil Şirkəti öz karyerasını peşəkar və dinamik iş mühitində
davam etdirmək istəyən müəllimləri əməkdaşlığa dəvət edir:
12 illik iş təcrübəsinə və böyük kollektivə sahib “Kaspi” Təhsil Şirkəti 2019-2020-ci
tədris ili üçün “Kaspi” Liseyləri, “Kaspi” Uşaq Bağçaları və “Kaspi” Hazırlıq
Mərkəzlərinə Azərbaycan və rus bölmələri üzrə bütün fənn müəllimlərin işə qəbulunu
elan edir.
Şirkət gələcək əməkdaşlarına yüksək əmək haqqı, peşəkar inkişaf imkanları,
tədrisdə müasir texnalogiyalardan istifadə, mehriban kollektiv və idarəçilik altında
çalışmaq imkanı təklif edir.
İşə qəbul aşağıda qeyd olunan vakansiyalar üzrə həyata keçiriləcək:
Məktəbəqədər təhsil;
İbtidai sinif;
Azərbaycan dili və ədəbiyyatı;
Rus dili və ədəbiyyatı;
İngilis dili;
Riyaziyyat;
Kimya;
Biologiya;
Tarix;
Fizika;
Coğrafiya;
İnformatika;
Bədən tərbiyəsi;
Rəsm.
Karyerasını davam etdirmək istədiyi sahə üzrə bakalavr təhsilinə və minimum 1 il iş
təcrübəsi olan şəxslər vakansiya üzrə müraciət edərək “Kaspi” kollektivinə qoşulma
şansı əldə edə bilərlər. Müraciət etmək istəyənlər Kaspinin rəsmi internet səhifəsində
ərizə formasını doldurmaqla müsabiqəyə qoşula bilərlər.
Əlavə məlumat üçün:
* 78 78; 055 515 78 78 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
25.01.2019