"Kaspi" abituriyent kurslarına qeydiyyat başladı
“Kaspi” abituriyent kurslarına qeydiyyat başladı
Aprel ayının 1-dən etibarən “Kaspi” abituriyent hazırlıq kursları abituriyentlərin qeydiyyatına başlayıb.
Kursa qəbul imtahanı 14 aprel tarixində həyata keçəcək. İmtahanda iştirak etmək üçün son qeydiyyat tarixi 12 apreldir.
Əvvəlki illərdə olduğu kimi, bu il də qəbul imtahanında yüksək nəticə göstərən şagirdlər üçün xüsusi endirimlər nəzərdə tutulub. Abituriyentlər qəbul imtahanlarında topladıqları ballar üzrə qruplara ayrılacaq.Bu növ bölgü şagird yönümlü dərs qrafikinin tətbiqinə və şagirdlərin davamlı inkişafına şərait yaradacaq.
Qəbul üçün nəzərdə tutulmuş qeydiyyat prosesi 4 sentyabra qədər davam edəcək. Qeydiyyat üçün vacib olan sənədlər aşağıdakılardır:
- Valideynin (müqavilə bağlayan məsul şəxsin) şəxsiyyət vəsiqəsinin nüsxəsi
- Şagirdin (abituriyentin) şəxsiyyət vəsiqəsinin nüsxəsi
- Şagirdin (abituriyentin) 2 ədəd foto şəkli (3x4 sm ölçüdə)
- Aylıq ödəniş
Dərslər 4 sentyabr tarixində başlayacaq
Bizimlə əlaqə:
Facebook – Kaspi Təhsil Şirkəti
*7878
