XƏBƏRLƏR

"Kaspi" liseyinin şagirdləri daha bir uğura imza atdı!

Olimpiada Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və "Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə keçirildi. Tədbirdə iştirak edən, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev tədbirin məqsədinin gənclərin robot texnologiyalarına olan marağının artırılması və bu sahədə bacarıqlı gənclərə dəstək verilməsi olduğunu bildirdi. 20 təhsil müəsisəsindən 54 komandanın iştirak etdiyi Olimpiada da “Kaspi” liseyi iki komanda (6 şagird) ilə təmsil olunurdu. Yarışların yekun nəticəsinə görə “Kaspi” bu il də keçən ilki uğuru davam etdirərək, 100% nəticə göstərərək hər iki komandası ilə qalib kürsüsündə təmsil olundu. Züleyxa Salahova, Aysu Bayramova və Hüseyn Nadirovdan ibarət komandamızın layihəsi, yerli və xarici münsiflər tərəfindən yüksək qiymətləndirilərək "Open" kateqoriyası üzrə qızıl medalla, Elmir Ələkbərli, Vüsal Bayramov və Kamran Qasımovdan ibarət komandamız isə "Regular" kateqoriyası üzrə gümüş medalla təltif olundu. Növbəti mərhələdə qızıl medal qazanan şagirdlərimiz layihələri ilə Azərbaycanı Tailand krallığında keçiriləcək "Robotiks" Olimpiadasının Dünya finalında da təmsil edəcək. Şagirdlərimizi təbrik edir, onlarla qürur duyur və uğurlarının davamını gözləyirik!

11.10.2018