XƏBƏRLƏR

17.09.2018-ci il tarixində " Kaspi " liseyləri yeni tədris ilini açıq elan etdi.

Yeni dərs ili münasibəti ilə hər iki filialda yüksək səviyyəli tədbirlər keçirildi.

Bakıxanov filialında baş tutan, üç hissədən ibarət tədbir “ Kaspi” liseyinin direktor əvəzi  Məhəmməd Nağıyevin pozitiv yüklü və maarifləndirici nitqi ilə başladı.  Tədbirin davamında müəllim-şagird kollektivini və valideynləri salamlayan “Kaspi” liseyinin təsisçisi Sona xanım Vəliyeva yeni tədris ilində gözləntilərin yüksək olduğunu və bu gözləntilərin ötən illərdə olduğu kimi özünü  doğruldacağına inandığını bildirdi. Məlumat üçün bildirildi ki, “Kaspi” liseyləri 2017/18-ci tədris ilində özəl liseylər arasında Buraxılış və Qəbul imtahanlarının nəticələrinə görə 1-ci yeri tutmuşdur.Tədbirin II hissəsində liseyimizə bu il qədəm qoyan birinci siniflərlə tanışlıq görüşü keçirildi. Görüşü, bundan sonrada birincilərlə sıx ünsiyyətdə olacaq liseyimizin İbtidai siniflər  üzrə director müavini Töhfə xanım birincilərə və onların valideynlərinə ünvanladığı müraciəti ilə açıb, sözü lisey direktoru M.Nağıyeva təhvil verdi. Tədbirin geridə qalan hissəsi “ Damladan dəryaya” və  bu il liseyimizdə təhsilinə başlayan kiçik istedadımızın solo rəks nömrəsi ilə rəngləndi.Tədbirin III hissəsi valideynlərin liseyimizdə , şagirdlərin asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə təşkil olunmuş istirahət otaqları ilə tanış olması ilə yadda qaldı.  Valideynlərimiz rəks, musiqi, rəsm və texnologiya otaqlarında oldular.

Ağ Şəhər filialında tədbir, “Kaspi” liseyinin director əvəzi Nəcməddin Mehtiyevin nitqi ilə açıq elan edildi. Nəcməddin müıllim Ağ Şəhər filialının fəaliyyət göstərdiyi illər ərzində göstərdiyi inkişafdan və uğurlarımızdan danışıb, sözü  “Kaspi” Təhsil Şirkətinin direktoru Elnur Əliyevə ötürdü. Elnur müəllim liseyimizə yeni qədəm qoyan birinciləri və onların valideynlərini təbrik edib, gələcək təhsil fəaliyyətlərində uğur arzu etdi. Tədbirin irəliləyən dəqiqələrində, Elnur  Əliyev liseyimizi fərqlənmə dərəcəsi ilə bitirən şagirdlərin və Kembridc imtahanlarında fərqlənmə göstərən şagirdlərin müəllimlərinə mükafatlarını təqdim etdi.

Bizdə öz növbəmizdə liseyimizin və bütün təhsil müəsisiələrinin kollektivlərini və valideynləri yeni tədris ili münasibəti ilə təbrik edir, onlara bu yeni tədris ilində bol uğur arzu edirik!

17.09.2018