XƏBƏRLƏR

Sumqayıtda "Kaspi" Uşaq Bağçası fəaliyyət göstərəcək.

“Kaspi” Təhsil Şirkəti Sumqayıt şəhərində sayca 5-ci uşaq bağçasını istifadəyə verdi. 6-cı mikrorayonda fəaliyyət göstərəcək bağçada 3-6 yaşlı uşaqlar üçün azərbaycan və rus bölməsi daxil olmaqla 2 bölmə fəaliyyət göstərəcək. Yeni istifadəyə verilmiş “Kaspi” Uşaq Bağçasında uşaqlara gündəlik azərbaycan və rus dillərindən başqa, ingilis dili, savad təlimi, ətraf aləmlə tanışlıq, nitq inkişafı, sadə riyazi təsəvvürlərin inkişafı, məntiqi təfəkkürün inkişafı, rəsm, əmək, fiziki tərbiyə də tədris olunacaq. Bundan başqa, balacalar üçün rəqs, musiqi, şahmat,mental aritmetik məşğələləri də təşkil olunacaq ki, bu da uşaqların dünyagörüşünün artmasına və yaradıclıq qabiliyyətlərinin inkişaf etməsinə birbaşa kömək edəcək. Uşaqların sağlamlığını və təhlükəsizliyini düşünən Kaspi bağçasında gündəlik 4 dəfə qidalanma, həkim nəzarəti və video-müşahidə də təklif olunur. Qeyd edək ki, valideynlər istəklərinə görə, həm bütöv gün, həm də yarım gün rejimindən yararlana bilərlər. Maraqlananlar Sumqayıt şəhəri, 6-cı mikrorayon, H.Salayev 31A ünvanına baş çəkə bilərlər.

 

12.09.2018