XƏBƏRLƏR

"Kaspi" Təhsil Şirkəti 2017/2018-ci tədris ilinin nəticələrinə dair ənənəvi hesabat görüşü keçirdi.

Ölkənin ən nüfuzlu təhsil şirkəti hesab olunan “Kaspi” Təhsil Şirkəti bu il də öz yekun fəaliyyətinə dair hesabatla media qarşısına çıxdı. On bir illik təhsil fəaliyyəti ilə məşğul olan şirkət, Kaspi Abituriyent kursları, Kaspi Liseyləri və digər xidmətlərinin nəticələri haqqında jurnalistlərə ətraflı məlumat verdi.
Məlumat verildi ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanında Kaspi məzunu Nərmin Balakişiyeva 700 bal, Firudin Heydərov isə 695 bal toplayaraq Prezident təqaüdçüsü olmuşdurlar.
Ümumilikdə isə Kaspi Abituriyent kurslarının yekun qəbul nəticəsi 96% təşkil etmişdir: 26 abituriyent 600-dən yuxarı, 72 abituriyent 500-dən yuxarı, 112 abituriyent 400-dən yuxarı, 158 abituriyent isə 300-dən yuxarı bal toplamışdır. Abituriyent kurslarının uğurundan danışan “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva bildirmişdir ki, əldə olunan yüksək nəticələrin əsas səbəblərindən biri, bilik səviyyəsinə uyğun Dərəcə Qruplarının təşkil olunması və davamlı Təkrar Proqramının tətbiq olunmasıdırsa, digəri də Şagird-Müəllim-Valideyn əməkdaşlığının qurulmasıdır.
Tədbirdə həmçinin, ötən ildə əldə olunmuş uğurlardan, builki yeniliklərdən və növbəti tədris ili üçün plan və perspektivlərdən danışıldı, bildirilmişdir ki, Bakı, Sumqayıt, Gəncə şəhərlərində fəaliyyət göstərən “Kaspi” ictimai tələbata əsasən, regionlarda da artıq nümayəndəliklər şəklində fəaliyyət göstərməkdədir ki, bura Lənkəran, Masallı, Yardımlı, Cəlilabad, Ağcəbədi, Bərdə, Mingəçevir, Quba, Xırdalan, Saray və Bakıxanov mərkəzləri nümunədir.
“Kaspi” Elmlər və Əhmədli filiallarının direktorları Rəsul Ağayev və Rövşən Abbasov tərəfindən Abituriyent hazırlığında builki nəticələr, qazanılmış uğurun səbəbləri, yeniliklər və növbəti il üçün qarşıda duran vəzifələr haqqında ictimaiyyətə geniş məlumat verdi.
“Kaspi” Liseyləri haqqında çıxış edən “Kaspi” Liseyinin direktor əvəzi Məhəmməd Nağıyev bildirmişdir ki, Liseylərin orta bal göstəricisi 540 bal olmuşdur. Liseylərin digər uğuru isə builki buraxılış imtahanlarında respublikada bütün özəl məktəblər arasında birinci  yerə çıxması olmuşdur.
Tədbirdə həmçinin, yüksək bal toplayaraq “tələbə” adını qazanmış abituriyentlər və onların valideynləri çıxış etmiş, öz sevinclərini tədbir iştirakçıları ilə bölüşmüşdürlər.
Sonda yüksək bal toplayan abituriyentlərə və onların müəllimlərinə “Kaspi” Təhsil Şirkəti adından hədiyyələr təqdim olunmuşdur.

07.09.2018