"FIZIKA" Birinci hissə
(Mexanika və Molekulyar fizika), Nəzəri məlumatlar, test tapşırıqları və açıq suallar
(Abituriyent və müəllimlər üçün metodiki vəsait)
Bu “FİZİKA” kitabı Bakı Dövlət Universiteti, Nəzəri fizika kafedrasının professoru Abdullayev Sərhəddin Qubaddin oğlu tərəfindən yazılmışdır. Kitab yazılarkən Tələbə Qəbulu üzrə Dövlət Komisiyyası tərərfindən təqdim olunmuş ali təhsil müəssisələrinə qəbul imtahanı proqramı əsas götürülmüşdür.
Bu kitab konspekt xarakterli deyil, əksinə burada hər bir mövzu fiziki hadisələrin səbəb və nəticə əlaqələri nəzərə almaqla geniş və sadə dildə şərh edilmişdir. Kitabın ən dəyərli cəhətlərindən biri odur ki, burada hər bir mövzunun axırında test tapşırıqlarının həlli nümunələri verilmişdir. Bu, Sizlərdə fiziki hadisləri dərindən təhlil etmək və nəticə çıxartmaq vərdişləri aşılayacaqdır. Həmin tapşırıqlar ali təhsil müəssisələrinə qəbul imtahanlarında təklif olunan müasir test tapşırıqlarının ruhundadır və burada açıq suallara xüsusi diqqət ayrılmışdır.
Təklif olunmuş test tapşırıqlarında oxucunu düşünməyə vadar edən dərin fikir var, konspekt xarakterli mənbələrdən düsturu əzbərləməklə tapşırıqlara cavab tapmaq mümkün deyildir. Yalnız fiziki hadisənin mahiyyətini başa düşən abituriyent tapşırıqlara düzgün cavab tapa bilər. Bunun üçün hər şeydən əvvəl, nəzəri məlumatları dərindən mənimsəmək lazımdır. Sizi əmin edirik ki, bu işdə əlinizdəki həmin kitab çox dəyərli bir mənbədir, yalnız ondan səmərəli şəkildə qidalanmaq lazımdır.
“FİZİKA” kitabının birinci hissəsində “Mexanika” və “Molekulyar fizika” bölmələri üzrə mövzuların şərhi və test tapşırıqları nümunələri (cəmi 840 tapşırıq) cəmlənmişdir. Hər bir fəsil üzrə burada materialları mənimsədikdən sonra S.Abdullayev tərəfindən yazılmış “Fizikadan test bankı” kitabında verilmiş tapşırıqların həllinə başlamaq olar. Bu iki kitab bir-birini tamamalayır və ali təhsil müəssisələrinə qəbul imtahanlarında Sizlərə uğur qazandıra bilər.