Kimya. (Yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait)
Bu vəsait Azərbaycan Respublikaı Təhsil nazirliyinin 01.04.2011 ci il tarixli 516 saylı əmri ilə təsdiq edilmişdir.
Vəsait Təhsil Nazirliyinin təsdiq etdiyi tədris proqramını (VIII – XI siniflər) tam əhatə edir.
Bu kitab üç bölmədən ibarətdir:
1.Ümumi kimya
2.Qeyri-üzvi kimya
3.Üzvi kimya
Bu vəsaitin yazılmasında məqsəd bəzi şagirdlər üçün çətin və cansıxıcı görünən kimya fənninin əslində nə qədər asan və maraqlı olduğunu göstərmək və qısa vaxt ərzində orta məktəb tədris materialını yığcam, tam və sistemli şəkildə çatdırmaqdır.
Mövzuların izahı şagirdlərin daha asan və tez anlaya biləcəyi bir səviyyədə yazılmışdır.mövzu içərisində bəzi məqamlara diqqət çəkmək, eləcə də öyrənmənin daha asan və yaddaqalıcı olması üçün xüsusi rəngli yazılardan, rəngli şəkillərdən, həmçinin xüsusi qeydlərin yazıldığı rəngli çərçivələrdən istifadə edilmişdir.Şagirdlərin qavramaqda çətinlik çəkdiyi mövzuların sonunda həmin mövzulara daha da aydınlıq gətirmək üçün izahlı testlər verilmişdir.Elə kitabın əsas üstün cəhətləri də bunlardır.
Zövqlə dizayn edilmiş bu kitabın kimya fənnini öyrənməyi həm asanlaşdıracağı, həm də maraqlı hala gətirəcəyi üçün şagirdlərə, müəllimlərə, həmçinin abuturiyentlərə yararlı olacağına ümid edirik.