
İngilis dili. Test bankı. Oxu. Dinləmə
Əziz abituriyentlər! Hörmətli müəllimlər və valideynlər!
Sizə Kaspi Təhsil Şirkətinin növbəti test bankı təqdim olunur. Bu “İngilis dili” fənni üzrə test toplusudur. Qeyd edək ki, Kaspi Təhsil Şirkətinin Abituriyent hazırlığını bu illər ərzində yüzlərlə abituriyent bitirərək, yüksək ballarla arzuladıqları ali təhsil müəssisələrinə qəbul olmuşlar. Uğurumuzun əsas səbəblərindən biri kimi onu göstərə bilərik ki, Kaspi Təhsil Mərkəzilərində proqramların tədrisi prosesində ən maraqlı və özünü doğruldan layihələrə üstünlük verilir. Belə ki, Kaspi Təhsil Şirkətinin rəhbərliyi mərkəzin müəllimləri ilə yanaşı, Respublikamızın dərslik sahəsində böyük təcrübəyə malik olan alimləri ilə birlikdə, abituriyentlərin səmərəli hazırlığını təmin etmək məqsədilə müxtəlif fənlər üzrə dərs vəsaitləri, test bankları çap edərək ictimaiyyətin istifadəsinə vermişdir.
“İngilis dili. Test bankı. Oxu. Dinləmə” adlı bu test bankı Dövlət İmtahan Mərkəzinin (DİM) ingilis dili fənni ilə bağlı çap etdiyi proqramı tam əhatə edir. Vəsaitin yazılması zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün çap etdiyi “İngilis dili” dərsliklərində öz əksini tapmış qrammatik və leksik metariallara istinad edilmişdir. Eyni zamanda, ingilis dilinin öyrədilməsi və öyrənilməsi ilə bağlı, oxu və dinləmə bacarıqlarının formalaşdırılması, inkişaf etdirilməsi və qiymətləndirilməsi ilə bağlı beynəlxalq proqramlar və dərsliklərdən - Kembric, Oksford universitetlərinin nəşrlərindən, eləcə də Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Türkiyə və Rusiyada çap olunmuş müxtəlif ingilis dili tədris vəsaitlərindən, çoxlu sayda elektron resurslardan - internet resurslarından da istifadə olunmuşdur. Test bankı hazırlanarkən ölkəmizdə təhsil sahəsində qəbul olunan yeni qərarlara və dəyişikliklərə uyğun olaraq, dərsliklərdəki, tədris və qəbul proqramlarındakı bütün yenilik və dəyişikliklər nəzərə alınmış, Yeni Tədris Proqramı – “Milli Kurikulum”un bütün standartlarına və tələblərinə riayət olunmuşdur. Test bankındakı test tapşırıq nümunələri Buraxılış imtahanınının (9-cu sinif şagirdləri üçün) və Qəbul imtahanının I mərhələsinin (10-cu və 11-ci sinif şagirdləri, eləcə də əvvəlki illərin məzunları üçün) proqramına daxil edilmiş mövzular üzrə öz əksini tapmışdır və burada müxtəlif tipli test nümunələri cəmlənmişdir.
Test bankının “OXU” adlı bölməsində isə DİM tərəfindən müəyyən edilmiş yeni Buraxılış imtahanı modelinə uyğun test nümunələri toplanmışdır. 9-cu sinif şagirdlərinin Buraxılış imtahanlarına, 10-cu, 11-ci sinif şagirdləri və əvvəlki illərin məzunları isə Qəbul imtahanlarının I mərhələsinə hazırlaşarkən Test bankında öz əksini tapmış test nümunələri ilə öz bilik və bacarıqlarını dəqiq qiymətləndirə biləcəklər. Oxu mətnləri müxtəlif mövzulara aid olub, qrammatik biliklər və lüğət bazası baxımından sadə mövzulardan başlayaraq, daha mürəkkəb mövzulara qədər tədricən çətinləşir. Test bankında oxu bacarığının qiymətləndirilməsi üçün ümumilikdə 90 oxu mətni və həmin mətnlərə aid 750 test nümunəsi vardır.
Test bankının “DİNLƏMƏ” adlı bölməsində isə DİM tərəfindən müəyyən edilmiş Buraxılış imtahanı modelinə uyğun test nümunələri toplanmışdır. 9-cu sinif şagirdlərinin Buraxılış imtahanlarına, 10-cu, 11-ci sinif şagirdləri və əvvəlki illərin məzunları isə Qəbul imtahanlarının I mərhələsinə hazırlaşarkən Test bankında öz əksini tapmış test nümunələri ilə öz bilik və bacarıqlarını dəqiq qiymətləndirə biləcəklər. Dinləmə mətnləri müxtəlif mövzulara aid olub, qrammatik biliklər və lüğət bazası baxımından sadə mövzulardan başlayaraq, daha mürəkkəb mövzulara qədər tədricən çətinləşir. Test bankında dinləmə bacarığının qiymətləndirilməsi üçün ümumilikdə 82 dinləmə mətni və həmin mətnlərə aid 492 test nümunəsi vardır. Bankın sonunda audio materialın mətn versiyası da qeyd olunmuşdur.
Bu testlərin həll edilməsi abituriyentlərə test həlli vərdiş və bacarıqlarını aşılayacaq və onlara imtahanlarda uğur qazanmaq üçün faydalı olacaqdır. Abituriyentlər test bankı vasitəsilə öz biliklərini yoxlamaq imkanını əldə edir və eləcə də test bankından istifadə etməklə müəllimlər şagirdlərinin, valideynlər övladlarının bilik səviyyəsilə bağlı səhih məlumat ala biləcəklər. Test bankı təkcə abituriyentlərin qəbul imtahanlarına hazırlığı prosesində deyil, həm də orta məktəb şagirdlərinin buraxılış imtahanlarına hazırlığı prosesində olduqca faydalı mənbə olacaqdır. Hər bir ingilis dili müəllimi test bankından öz peşə hazırlığını inkişaf etdirmək üçün də istifadə edə bilər. Bundan əlavə, ingilis dili müəllimləri və metodistlər test bankından faydalanaraq yeni test nümunələri tərtib edə bilərlər. Əminliklə deyə bilərik ki, test bankı ölkəmizdə testologiyanın inkişafında mühüm vəsaitlərindən biri olacaqdır.
Bizim məqsədimiz şagirdlərdə ingilis dili və bu dildə ünsiyyət sahəsində bilik və bacarıqları formalaşdırmaq, ingilis dili təliminin həyatla əlaqəsinin möhkəmləndirmək, yəni ingilis dili sahəsində qazanılmış bilik və bacarıqları nizamlayıb nitq vərdişinə çevirməkdir. Test bankımızdan istifadə edən abituriyentlər ingilis dilini həm nəzəri, həm də praktik şəkildə öyrənmək imkanı əldə edəcəklər.
Sonda bir daha nəzərinizə çatdırmaq istəyirik ki, Dövlət İmtahan Mərkəzinin (DİM) ingilis dili ilə bağlı çap etdiyi proqramı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin orta məktəblər üçün çap etdiyi dərsliklərin materialları və Kaspi Təhsil Şirkətinin müəllimlərinin uzun illər ərzində əldə etdiyi zəngin təcrübə əsasında ərsəyə gəlmiş nəşrlərimizin əhatəli, məqsədəuyğun, daha gərəkli olacağına ümid edirik.
KASPİ nəşrlərindən faydalanan, bizə etimad göstərən hər kəsə əvvəlcədən öz təşəkkürümüzü bildiririk!
“İngilis dili. Test bankı. Oxu. Dinləmə” adlı vəsaitin DOĞRU CAVABLARI:
/nodupload3/editor/files/11-CAVABLAR%20(seh%20353-385)%20LS%20%2B-_removed.pdf
Audio materiallar
- 9 sinif - Mətn 1 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 2 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 3 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 4 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 5 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 6 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 7 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 8 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 9 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 10 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 11 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 12 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 13 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 14 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 15 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 16 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 17 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 18 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 19 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 20 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 21 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 22 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 23 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 24 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 25 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 26 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 27 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 28 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 29 K - Dinlə / Yüklə
- 9 sinif - Mətn 30 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 1 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 2 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 3 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 4 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 5 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 6 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 7 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 8 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 9 K - Dinlə / Yüklə
- 10-11 sinif-Metn 10 K - Dinlə / Yüklə
- 10-11 sinif-Metn 11 K - Dinlə / Yüklə
- 10-11 sinif-Metn 12 K - Dinlə / Yüklə
- 10-11 sinif-Metn 13 K - Dinlə / Yüklə
- 10-11 sinif-Metn 14 K - Dinlə / Yüklə
- 10-11 sinif-Metn 15 K - Dinlə / Yüklə
- 10-11 sinif-Metn 16 K - Dinlə / Yüklə
- 10-11 sinif-Metn 17 K - Dinlə / Yüklə
- 10-11 sinif-Metn 18 K - Dinlə / Yüklə
- 10-11 sinif-Metn 19 K - Dinlə / Yüklə
- 10-11 sinif-Metn 20 K - Dinlə / Yüklə
- 10-11 sinif-Metn 21 K - Dinlə / Yüklə
- 10-11 sinif-Metn 22 K - Dinlə / Yüklə
- 10-11 sinif-Metn 23 K - Dinlə / Yüklə
- 10-11 sinif-Metn 24 K - Dinlə / Yüklə
- 10-11 sinif-Metn 25 K - Dinlə / Yüklə
- 10-11 sinif-Metn 26 K - Dinlə / Yüklə
- 10-11 sinif-Metn 27 K - Dinlə / Yüklə
- 10-11 sinif-Metn 28 K - Dinlə / Yüklə
- 10-11 sinif-Metn 29 K - Dinlə / Yüklə
- 10-11 sinif-Metn 30 K - Dinlə / Yüklə
- 10-11 sinif-Metn 31 K - Dinlə / Yüklə
- 10-11 sinif-Metn 32 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 33 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 34 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 35 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 36 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 37 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 38 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 39 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 40 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 41 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 42 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 43 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 44 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 45 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 46 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 47 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 48 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 49 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 50 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 51 K - Dinlə / Yüklə
- 10-11 sinif - Mətn 52 K - Dinlə / Yüklə