NƏŞRLƏRİMİZ

İngilis dili. I hissə. Qrammatika. Lüğət.

İngilis dili. I hissə. Qrammatika. Lüğət.

İngilis dili. I hissə. Qrammatika. Lüğət. (Abituriyentlər, müəllimlər və ingilis dilini öyrənənlər üçün vəsait)

Əziz, abituriyentlər! Hörmətli, valideynlər və müəllimlər! “İngilis dili” adlı bu dərs vəsaiti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ingilis dili ilə bağlı çap etdiyi proqramı tam əhatə edir. Vəsaitin yazılması zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin orta məktəblər üçün çap etdiyi dərsliklərdə olan qrammatik və leksik metariallara istinad edilmişdir. Kitabın üstün cəhəti ondan ibarətdir ki, burada ingilis dilinin tədrisi ilə bağlı Avropa və Amerika ölkələrində tətbiq olunan qabaqcıl tədris metod və vasitələrindən geniş istifadə olunmuşdur. Bu kitabı əldə edib lazımi qaydada mənimsəyən abituriyentlər ingilis dilini həm nəzəri, həm də praktik şəkildə öyrənmiş olarlar. Başqa sözlə desək, bizim məqsədimiz şagirdlərdə ingilis dili və bu dildə ünsiyyət sahəsində bilik və bacarıqları formalaşdırmaq, ingilis dili təliminin həyatla əlaqəsinin möhkəmləndirmək, yəni ingilis dili sahəsində qazanılmış bilik və bacarıqları nizamlayıb nitq vərdişinə çevirməkdir. Bu məqsədə nail olmaq üçün dərs vəsaiti “İngilis dili (I hissə)” və “İngilis dili (II hissə)” olaraq iki hissəyə bölünmüşdür.

Sizlərə təqdim olunan “İngilis dili (I hissə)” adlı dərs vəsaitinin özü də kontekstə görə iki bölmədən ibarətdir ki, burada sizlərə birinci bölmə haqqında məlumat verəcəyik.

Birinci bölmə, “Qrammatika” və “Lüğət” altbölmələrindən təşkil olunmuşdur. “Qrammatika” altbölməsi 15 əsas dərsdən ibarətdir. Hər bir dərs qrammatik materialın izahından və sinif çalışmalarından təşkil olunmuşdur ki, bu da abituriyentlərə müəllimin göstərişi və rəhbərliyi ilə verilən qrammatik materialı düzgün şəkildə öyrənməyə və onu praktik olaraq tapşırıqlara və testlərə tətbiq etməyə imkan verəcəkdir. Bu hissədəki qrammatik materialı öyrənməklə abituriyentlər TQDK-nın ingils dili ilə bağlı çap etdiyi proqramın 40%-ini mənimsəmiş olurlar.

“Lüğət” altbölməsində isə 15 dərsin hər birinə müvafiq olaraq konkret sözlər toplanmışdır. Bu sözləri mənimsəməklə abituriyentlər TQDK tərəfindən nəzərdə tutulmuş leksik minimuma, yəni 950 produktiv (aktiv) və 2500 reseptiv (passiv) lüğət fonduna sahib ola bilərlər.

Beləliklə, “İngilis dili (I hissə)” adlı dərs vəsaiti ingilis dilinin öyrənilməsi və tədrisi ilə bağlı respublikada azərbaycan dilində yazılmış ilk və yeganə kompleks tədris vəsaitidir. Bu vəsaitdə ingilis dilinin tədris olunması ilə bağlı ən yeni üsullar və metodlar öz əksini tapmışdır.

Bu vəsait hələ son deyil! Çox tezliklə vəsaitin növbəti bölməsi – “İngilis dili (II hissə)” adlı vəsait işıq üzü görəcəkdir. Çap olunacaq yeni vəsaitdə ingilis dilinin qrammatikası ilə bağlı yerdə qalan bütün mövzular və materiallar öz əksini tapacaqdır.