Kaspi KIDS

"Kaspi" Təhsil Şirkətinin məktəbə hazırlıq bölməsi olan Kaspi Kids 2011-ci ildən fəaliyyətə başlayıb. Hal-hazırda Kaspi Kids məktəbə hazırlıq proqramı 10 filial və 3 nümayəndəlikdə tədris olunur.

Bu proqram 4-6 yaşlı uşaqların intellektual, fiziki, psixoloji və sosial-emosional inkişafının əldə edilməsində, potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, sadə əmək vərdişlərinə yiyələnməsi, istedad və qabiliyyətlərinin üzə çıxarılmasında, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərin, hisslərin və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır.

Müasir və beynəlxalq təhsil metodlarından istifadə edilərək hazırlanan Kaspi Kids məktəbə hazırlıq proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına(kurikulumuna) tam uyğundur.

Kaspi Kids Azərbaycan və rus bölmələri üzrə aşağıdakı proqramları həyata keçirir:

  • 4-5 yaşlı uşaqların məktəbəqədər hazırlığı üzrə tədris proqramı
  • 5-6 yaşlı uşaqların məktəbə hazırlığı üzrə tədris proqramı

Kaspi Kids-in nailiyyətləri:

  • Fəaliyyət göstərdiyi müddətdə 5000-dən çox Kaspi Kids məzunu ölkəmizin nüfuzlu orta məktəblərinə, lisey və gimnaziyalarına müvəffəqiyyətlə qəbul olmuşdur. Həmin şagirdlər hal-hazırda da Kaspi Kids məktəbəhazırlıq proqramının qoyduğu güclü baza əsasında təhsillərini yüksək səviyyədə davam etdirirlər.
  • Kaspi Kids bu illər ərzində uşaqlarda xeyriyyəçilik, yardımsevərlilik kimi xüsusiyyətlərin formalaşması məqsədilə 20-dən çox müxtəlif sosial layihələr, xeyriyyə tədbirləri həyata keçirmişdir. Bu xeyriyyə tədbirlərində minlərlə aztəminatlı ailələrin uşaqlarına, eyni zamanda valideyn himayəsindən məhrum olmuş uşaqlara müxtəlif hədiyyələr verilmiş, onlar üçün əyləncəli proqramlar hazırlanmşdır.

Kaspi Kidsin uğurlarının əsas səbəbləri:

  • Xüsusi həssaslıqla seçilmiş müəllimlərdən və məktəbəqədər təhsil istiqamətində yüksək təcrübəyə malik peşəkarlardan ibarət komanda
  • Hər bir fənnin tədrisində müasir ədəbiyyat və texnologiyalardan istifadə edilərək uşaqların yaş səviyyələrinə uyğun qurulan məşğələlər, uşaqların bilik və bacarıqlarının inkişafına yönəlmiş həftəlik tədris materialları və Kaspi pedaqoqları tərəfindən hazırlanmış Kaspi Kids nəşrləri
  • Uşaqların yaradıcılığını, təxəyyülünü formalaşdıran, onların gizli istedadlarını üzə çıxaran müxtəlif dərnəklər
  • Məktəbəqədər hazırlıq kursu dövründə uşaqlar arasında əl qabiliyyəti, rəsm üzrə müxtəlif müsabiqələrin, bilik və bacarıq yarışlarının təşkili
  • Uşaqların sosial inkişafının və dünyagörüşünün artırılması məqsədilə təşkil edilən gəzintilər və sosial layihələr

BU MƏHSULDAN FAYDALANMAQ ÜÇÜN AŞAĞIDAKI FİLİALLARIMIZA MÜRACİƏT EDƏ BİLƏRSİNİZ.

ADI TELEFON ÜNVAN XƏRİTƏDƏ GÖSTƏR ƏTRAFLI
Kaspi KIDS Bakıxanov (012) 425 16 26, (050) 773 80 80 Bakıxanov qəs. Yavər Əliyev 6. Xəritədə göstər Ətraflı
Əhmədli (012) 370 74 01 - abituriyent, (055) 515 78 78 - bağça Əhmədli qəs. Əhmədli küç. 9 Xəritədə göstər Ətraflı
Sumqayıt (018) 657 50 21, (070) 644 39 49 10-cu mkr. Koroğlu küç. 65/66 ("Arzu" şadlıq evinin yanı) Xəritədə göstər Ətraflı
Gəncə (022) 267 01 81, (070) 267 01 81 Gəncə şəhəri, Əhməd Cəmil küç 1. Döngə 3 Xəritədə göstər Ətraflı
Yasamal (012) 432 70 60, (070) 432 70 60 Kamal Rəhimov küç. 15 Xəritədə göstər Ətraflı
Xətai (012) 480 31 68, (050) 390 51 02 Xocalı küç. 29 Xəritədə göstər Ətraflı
Nərimanov (012) 480 41 96, (070) 380 41 96 Əhməd Rəcəbli küç.29 Xəritədə göstər Ətraflı
Nəsimi (012) 565 58 93, (055) 565 58 93 Y. V. Çəmənzəminli 11F Xəritədə göstər Ətraflı
Masazır (012) 480 49 14, (070) 380 49 14 "Yeni Bakı" yaşayış massivi 1E Xəritədə göstər Ətraflı
Mikrorayon (012) 480 09 84, (055) 525 31 32 4-cü mkr., 20 Yanvar küç. 35 Xəritədə göstər Ətraflı
Bayıl (012) 581 59 15, (070) 581 59 15 Yeni Salyan yolu 22, (Jurnalistlərin binasının 1-ci mərtəbəsi) Xəritədə göstər Ətraflı
Kaspi Lənkəran (025) 255 38 37, (051) 632 55 00 Lənkəran şəh. Müzəffər Nəsirli 37/67 Xəritədə göstər Ətraflı
Kaspi KIDS Mingəçevir (044) 247 5 65, (055) 731 20 66 Mingəçevir şəh. Aydın Məmmədov 46 Xəritədə göstər Ətraflı
Kaspi Kids Xırdalan 055 777 14 10, 070 777 14 10 AAAF Park, Yaşayış massivi 4A Xəritədə göstər Ətraflı