Kaspi Polygot

Kaspi Polyglot şöbəsi 2007-ci ildən fəaliyyətə başlayıb. Polyglot şöbəsi İngilis və Rus dillərinin bütün yaş qrupları üzrə tədrisini həyata keçirir. Əlavə olaraq müxtəlif şirkətlərin və təşkilatların əməkdaşları üçün də ingilis və rus dilləri üzrə təlimlər təşkil edir. "Kaspi" Təhsil Şirkətinin bu məhsulu 11 filial və 1 nümayəndəlikdə təqdim olunur.

Kaspi Polyglot ingilis və rus dilləri üzrə aşağıdakı proqramları həyata keçirir:

1. Bütün yaş qrupları üzrə ingilis / rus dili:

  • Uşaqlar üçün ingilis / rus dili
  • Məktəb yaşlı uşaqlar üçün ingilis / rus dili
  • Böyüklər üçün ingilis / rus dili

2. Akademik ingilis / rus dili:

  • IELTS / TOEFL kursları
  • IELTS / TOEFL sınaq imtahanları
  • Akademik rus dili kursu
  • İngilis / rus dilləri üzrə sertifikat imtahanları

3. Korporativ təlimlər

  • Müxtəlif şirkətlərin öz ofislərində ingilis / rus dili təlimləri
  • Kaspi Polyglot-un filiallarında ingilis / rus dili təlimləri

Kaspi Polyglot-un 2007 / 2017 -ci illər üzrə nailiyyətləri:

  • 2007 / 2017 -ci illər ərzində 10000-ə yaxın tələbə Kaspi Polyglot kurslarının ingilis və rus dilləri üzrə müvafiq proqramlarını tamamlayaraq Kaspi sertifikatı əldə etmişlər.
  • Fəaliyyət göstərdiyi 10 il ərzində 500 nəfərdən çox Kaspi Polyglot tələbəsi rəsmi TOEFL və IELTS imtahanlarında yüksək nəticə göstərmişlər.
  • Bu illər ərzində 200 nəfərdən çox tələbə üçün "London School of English" və "English in Action" beynəlxalq ingilis dili məktəbləri ilə birgə Yay məktəbləri təşkil edilmişdir.
  • 2012-ci ildə Bakıda keçirilmiş "Eurovision" mahnı müsabiqəsinə hazırlıq məqsədilə 300 nəfərdən çox polis əməkdaşı və 6 il ərzində Azercell Telekom MMC ilə birgə keçirdiyimiz layihə çərçivəsində 100 nəfərdən çox jurnalist ingilis dili təlimlərini bitirərək Kaspi sertifikatı qazanmışdır.
  • Kaspi Polyglot-un ingilis dili kursları 2013-cü ildən etibarən Cambridge English Language Assessment-in (CELA) Azərbaycandakı rəsmi nümayəndəsidir. Hal-hazırda Kaspi Polyglot-un tələbələri öz biliklərini Cambridge imtahanları ilə yoxlayaraq, həmin mərkəzin beynəlxalq sertifikatını əldə edə bilirlər.
  • Kaspi Polyglot-un rus dili kursları 2016-cı ildən etibarən Sankt- Peterburq Dövlət Qulluğu Akademiyasına qəbul olan azərbaycanlı tələbələrin 1 illik rus dili hazırlığının təşkili üzrə Azərbaycandakı yeganə rəsmi nümayəndəsidir.

Kaspi Polyglot-un uğurlarının əsas səbəbləri:

  • Xarici dillərin müasir metod və üsullarla tədrisini təşkil edə bilən yerli və əcnəbi müəllimlərdən ibarət peşəkar komanda
  • CELA-nın proqramı əsasında təşkil olunan ingilis dili proqramları
  • Bu şöbəmizdə çalışan müəllimlərin Bakı şəhərində TKT beynəlxalq ingilis dili müəllimliyi təlimini keçərək bu sertifikatları əldə etmək imkanının olması
  • Hər bir yaş qrupu üzrə xüsusi proqramın olması və onların ölçmə-qiymətləndirmə prosesinin həmin yaş qrupuna uyğun təşkil edilməsi
  • Xarici dillərin tədrisi zamanı dil üzrə 4 əsas (Danışıq, dinləmə, oxu və yazı) bacarığın paralel olaraq inkişaf etdirilməsi.

BU MƏHSULDAN FAYDALANMAQ ÜÇÜN AŞAĞIDAKI FİLİALLARIMIZA MÜRACİƏT EDƏ BİLƏRSİNİZ.

ADI TELEFON ÜNVAN XƏRİTƏDƏ GÖSTƏR ƏTRAFLI
Masazir (012) 480 49 14, (070) 380 49 14 "New Baku" Residence 1E Xəritədə göstər Ətraflı
Ganja (022) 267 01 81, (070) 267 01 81 Ganja city, Ahmad Jamil St. 1. Lane 3 Xəritədə göstər Ətraflı
Micro district (012) 480 09 84, (055) 525 31 32 4th micro district, 20 Yanvar st. 35 Xəritədə göstər Ətraflı
Khatai (012) 480 31 68 kids
(055) 455 17 00 abituriyent, (050) 390 51 02 kids
(055) 455 17 00 abituriyent
Khojaly St. 29 Xəritədə göstər Ətraflı
Sumgait (018) 657 50 21, (070) 644 39 49, (070) 655 11 49 10th mkr. Koroglu St. 65/66 (next to "Arzu" wedding house) Xəritədə göstər Ətraflı
Bayil (012) 581 59 15
(012) 581 59 16, (070) 581 59 15
Academician A. Yagubov 52C, building 14 (opposite the Water Sports Palace) Xəritədə göstər Ətraflı
28 May- Merkez (012) 493 18 42, (077) 310 01 28, (055) 493 18 42 (Hökumət Evinin arxası) Xəritədə göstər Ətraflı
Narimanov (012) 480 41 97, (055) 565 58 93
(055) 400 32 77
İ. Hidayatzada 7A Xəritədə göstər Ətraflı
Elmlar (012) 510 70 42
(012) 537 08 94 abituriyent, (055) 400 32 11
(070) 514 03 82 abituriyent
Matbuat av.25 Xəritədə göstər Ətraflı
Ahmadli (012) 370 74 05 abituriyent
(012) 370 74 03/08 kid, (070) 370 74 05 abituriyent
(070) 370 74 03/08 kid
Ahmedli set. Ahmadli Street. 9 Xəritədə göstər Ətraflı