Kaspi KIDS

"Kaspi" Təhsil Şirkətinin məktəbə hazırlıq bölməsi olan Kaspi Kids 2011-ci ildən fəaliyyətə başlayıb. Hal-hazırda Kaspi Kids məktəbə hazırlıq proqramı 10 filial və 4 nümayəndəlikdə tədris olunur.

Bu proqram 3-6 yaşlı uşaqların intellektual, fiziki, psixoloji və sosial-emosional inkişafının əldə edilməsində, potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, sadə əmək vərdişlərinə yiyələnməsi, istedad və qabiliyyətlərinin üzə çıxarılmasında, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərin, hisslərin və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır.

Müasir və beynəlxalq təhsil metodlarından istifadə edilərək hazırlanan Kaspi Kids məktəbə hazırlıq proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına (kurikulumuna) tam uyğundur.

Kaspi Kids Azərbaycan və rus bölmələri üzrə aşağıdakı proqramları həyata keçirir:

  • 4-5 yaşlı uşaqların məktəbəqədər hazırlığı üzrə tədris proqramı
  • 5-6 yaşlı uşaqların məktəbə hazırlığı üzrə tədris proqramı

Kaspi Kids-in nailiyyətləri:

  • Fəaliyyət göstərdiyi müddətdə minlərlə Kaspi Kids məzunu ölkəmizin nüfuzlu orta məktəblərinə, lisey və gimnaziyalarına müvəffəqiyyətlə qəbul olmuşdur. Həmin şagirdlər hal-hazırda da Kaspi Kids məktəbəhazırlıq proqramının qoyduğu güclü baza əsasında təhsillərini yüksək səviyyədə davam etdirirlər.
  • Kaspi Kids bu illər ərzində uşaqlarda xeyriyyəçilik, yardımsevərlilik kimi xüsusiyyətlərin formalaşması məqsədilə 50-dən çox müxtəlif sosial layihələr, xeyriyyə tədbirləri həyata keçirmişdir. Bu xeyriyyə tədbirlərində minlərlə aztəminatlı ailələrin uşaqlarına, eyni zamanda valideyn himayəsindən məhrum olmuş uşaqlara müxtəlif hədiyyələr verilmiş, onlar üçün əyləncəli proqramlar hazırlanmşdır.

Kaspi Kidsin uğurlarının əsas səbəbləri:

  • Xüsusi həssaslıqla seçilmiş müəllimlərdən və məktəbəqədər təhsil istiqamətində yüksək təcrübəyə malik peşəkarlardan ibarət komanda
  • Hər bir fənnin tədrisində müasir ədəbiyyat və texnologiyalardan istifadə edilərək uşaqların yaş səviyyələrinə uyğun qurulan məşğələlər, uşaqların bilik və bacarıqlarının inkişafına yönəlmiş həftəlik tədris materialları və Kaspi pedaqoqları tərəfindən hazırlanmış Kaspi Kids nəşrləri
  • Uşaqların yaradıcılığını, təxəyyülünü formalaşdıran, onların gizli istedadlarını üzə çıxaran müxtəlif dərnəklər
  • Məktəbəqədər hazırlıq kursu dövründə uşaqlar arasında əl qabiliyyəti, rəsm üzrə müxtəlif müsabiqələrin, bilik və bacarıq yarışlarının təşkili
  • Uşaqların sosial inkişafının və dünyagörüşünün artırılması məqsədilə təşkil edilən gəzintilər və sosial layihələr

BU MƏHSULDAN FAYDALANMAQ ÜÇÜN AŞAĞIDAKI FİLİALLARIMIZA MÜRACİƏT EDƏ BİLƏRSİNİZ.

ADI TELEFON ÜNVAN XƏRİTƏDƏ GÖSTƏR ƏTRAFLI
Masazir (012) 480 49 14, (070) 380 49 14 "New Baku" Residence 1E Xəritədə göstər Ətraflı
Ganja (022) 267 01 81, (070) 267 01 81 Ganja city, Ahmad Jamil St. 1. Lane 3 Xəritədə göstər Ətraflı
Micro district (012) 480 09 84, (055) 525 31 32 4th micro district, 20 Yanvar st. 35 Xəritədə göstər Ətraflı
Bayil (012) 581 59 15
(012) 581 59 16, (070) 581 59 15
Academician A. Yagubov 52C, building 14 (opposite the Water Sports Palace) Xəritədə göstər Ətraflı
Narimanov (012) 480 41 97, (055) 565 58 93
(055) 400 32 77
İ. Hidayatzada 7A Xəritədə göstər Ətraflı
Kaspi Kids Bakikhanov (012) 425 16 26, (050) 773 80 80 Bakikhanov set. Yavar Aliyev 6. Xəritədə göstər Ətraflı
Kaspi KIDS Bilajari (099) 770 80 80, (099) 770 80 80 Bakı şəhəri Xəritədə göstər Ətraflı
Kaspi Lankaran (025) 255 38 37, (051) 632 55 00 Lankaran city Muzaffar Nasirli 37/67 Xəritədə göstər Ətraflı
Elmlar (012) 510 70 42
(012) 537 08 94 abituriyent, (055) 400 32 11
(070) 514 03 82 abituriyent
Matbuat av.25 Xəritədə göstər Ətraflı
Kaspi Kids Qarayev (055) 254 30 10, (012) 525 02 37 Kaspi kids Qarayev. Bakı şəhəri,Nizami rayonu, Qara Qarayev metrosu, Özbəkistan küçəsi 3C. (Kristal Abşeronun - 21 əsr yaşayış kompleksi) Xəritədə göstər Ətraflı
Ahmadli (012) 370 74 05 abituriyent
(012) 370 74 03/08 kid, (070) 370 74 05 abituriyent
(070) 370 74 03/08 kid
Ahmedli set. Ahmadli Street. 9 Xəritədə göstər Ətraflı
Sumgait (018) 657 50 21, (070) 644 39 49, (070) 655 11 49 Sumqayıt şəhəri, 6 mkr., H. Salayev 31A ("Liman" klinikasının yaxınlığı) Xəritədə göstər Ətraflı
Kaspi Kids Xırdalan (070) 777 14 10, (099) 777 14 30 Xırdalan şəhəri, H.Əliyev prospekti, bina 4A Xəritədə göstər Ətraflı
Khatai (012) 480 31 68 kids
(012) 480 31 69 abituriyent, (050) 390 51 02 kids
(055) 455 17 00 abituriyent
Khojaly St. 29 Xəritədə göstər Ətraflı