XI sinif şagirdləri və məzunlar üçün

XI sinif şagirdləri və məzunlar üçün nəzərdə tutulmuş Kurikulum standartlarına əsaslanan 1 illik tədris proqramı.  XI sinif şagirdləri üçün Azərbaycan və rus bölmələri üzrə həm Buraxılış imtahanına hazırlıq, həm də Ali məktəblərə qəbul imtahanlarına (fənn bloku üzrə) hazırlıq təşkil olunur. Abituriyentlər istəkləri əsasında  yalnız Buraxılış imtahanına hazırlaşa bilər və ya Buraxılış və Ali məktəblərə Qəbul imtahanlarına birgə hazırlıq proqramı paketini seçə bilərlər. Buraxılış və Qəbul imtahanlarına hazırlıq ixtisas qruplarına uyğun olaraq 5 vəya 6 fənn üzrə həyata keçirilir:

I ixtisas qrupu:     Azərbaycan (Rus) dili, Riyaziyyat, İngilis dili, Fizika, Kimya

II ixtisas qrupu:    Azərbaycan (Rus) dili, Riyaziyyat, İngilis dili, Tarix (Ümumi və Azərbaycan), Coğrafiya

III ixtisas qrupu: Azərbaycan (Rus) dili, Riyaziyyat, İngilis dili, Tarix (Ümumi və Azərbaycan), Ədəbiyyat

IV ixtisas qrupu: Azərbaycan (Rus) dili, Riyaziyyat, İngilis dili, Fizika, Kimya, Biologiya

V ixtisas qrupu:   Azərbaycan (Rus) dili, Riyaziyyat, İngilis dili  

Bu tədris proqramı 11-ci siniflərin Buraxılış və Qəbul imtahanı formatına uyğun olaraq şagirdlərdə bilik və bacarıqların formalşadırılmasına, hər 2 imtahana səmərəli şəkildə hazırlşamasına imkan verir. 11-cu siniflər Kaspi Təhsil Şirkətinin fənn medodistləri tərəfindən hazırlanmış vahid tədris proqramı əsasında həm buraxılış imtahanına, həm də universitetə qəbul imtahanına tam hazırlanır. Mütəmadi təşkil olunan sınaq imtahanları şagirdlərin öyrənməsini ölçmək və valideynlərin bu haqda vaxtında məlumatlanması üçün əlverişli imkan yaradır. Tədris dövründə şagirdlərimizə müəllimləri tərəfindən əlavə dərslər də təşkil olunur. Bu əlavə dərslərin mıəqsədi şagirdlərin başa düşməkdə çətinlik çəkdikləri mövzular üzrə əlavə izahlar vermək, onların suallarını cavablandırmaqdır. Əməkdaşlarımız şagirdlərin həm dərs davamiyyəti, həm də imtahan nəticələri ilə bağlı valideynlərə mütəmadi olaraq məlumat verirlər. Əlavə olaraq hər ay keçirilən valideyn iclaslarında valideynlər həm rəhbərlik, həm də müəllimlər ilə görüşüb övladlarının hazırlığı haqda ətraflı məlumat alırlar.