XƏBƏRLƏR

Liseyin şagirdləri Şəhidlər Xiyabanını ziyarət ediblər

Liseyin şagirdləri Şəhidlər Xiyabanını ziyarət ediblər

Şagirdlər Şəhidlər Xiyabanında uyuyan qəhrəmanların məzarlarını ziyarət edərək onların xatirəsini dərin hörmət və ehtiramla yad ediblər

27 Sentyabr – Anım Günü ilə əlaqədar Kaspi Ağ Şəhər Liseyinin şagirdləri Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ziyarətin məqsədi Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə ehtiram göstərmək, onların qəhrəmanlıq yolunu gənc nəslə çatdırmaq və milli-mənəvi dəyərlərin təbliğinə töhfə vermək olub.
Şagirdlər Şəhidlər Xiyabanında uyuyan qəhrəmanların məzarlarını ziyarət edərək onların xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Ziyarət zamanı Vətən uğrunda fədakarlığın, milli həmrəyliyin və qəhrəmanlıq nümunələrinin gənc nəslin dünyagörüşünün formalaşmasındakı əhəmiyyəti vurğulanıb.
Tədbir şagirdlərdə Vətənə bağlılıq, milli kimlik və mənəvi məsuliyyət hisslərinin daha da möhkəmlənməsinə xidmət edib.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

27.09.2026