Teatr, kino və xoreoqrafiya sənəti istiqamətinə aid 50, 51 və 52-ci qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə!
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer və saat göstərilir.
Kaspi.edu.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, 50, 51 və 52-ci komissiyalar üzrə qabiliyyət imtahanı verən abituriyentlər imtahana buraxılış vərəqələrini buradan çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer və saat göstərilir.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- Qabiliyyət imtahanına buraxılış vərəqəsi.
Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olduqca cədvələ əlavə ediləcək.