XƏBƏRLƏR

Xalqımızın xilaskarı

Ulu Öndərin əbədiyaşar ideyaları bundan sonra da Azərbaycanı daim irəliyə, möhtəşəm uğurlara, qələbələrə aparacaq.

10 may - müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Ümummilli Lider Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanda dinamik iqtisadi inkişafını, sosial rifah halının yüksəldilməsini, Azərbaycanın gələcək müstəqilliyi üçün potensialın yaradılmasını təmin edib. 
Kaspi.edu.az xəbər verir ki, 1993-cü ilin iyun ayında xalqın çağırışı ilə respublikamıza rəhbərliyə qayıdan Ulu Öndər ölkəmizi dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, vətəndaş qarşıdurmasından xilas edərək, dərin siyasi, iqtisadi və sosial böhranın qarşısının alınmasına nail olub. 
Ulu öndərin uğurlu daxili və xarici siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirilir. Bunun nəticəsi olaraq Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyən, vətəndaş rifahının təminatı istiqamətində mühüm addımlar atan, dünya birliyində nüfuzlu mövqeyə malik olan bir ölkədir. 
2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində möhtəşəm Zəfər əldə etməsi, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi isə tariximizin ən şanlı səhifəsidir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan müdrik və uzaqgörən siyasət, Ulu Öndərin əbədiyaşar ideyaları bundan sonra da Azərbaycanı daim irəliyə, möhtəşəm uğurlara, qələbələrə aparacaq.
Bu səbəbdəndir ki, bugün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illik yubileyi həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.
Kaspi Təhsil Şirkətinin bütün müəssisələrində Ulu Öndərin doğum gününə həsr olunan tədbirlər keçirilir, böyüyən nəslə xilaskar Liderin ölməz şəxsiyyəti haqqında ətraflı məlumat verilir.
Kaspi.edu.az

 

10.05.2026